"ChatGPT" insanlarla söhbətlərini xatırlaya biləcək
"OpenAI" "ChatGPT"nin istifadəçilərlə danışdıqlarının müəyyən hissələrini yadda saxlamağa imkan verəcək yeni “yaddaş” funksiyasını elan etdi.
Valyuta.az xəbər verir ki, çərşənbə axşamı "OpenAI" tərəfindən dərc edilən bloq yazısında, sınaqdan keçirilmiş kontekst saxlama texnologiyasının istifadəçilərin söhbət botuna təkrarlanmasının qarşısını alaraq vaxta qənaət etməyə imkan verəcəyi bildirilib. Yeni yaddaş xüsusiyyəti sayəsində "ChatGPT" istifadəçilərə süni intellekt aləti ilə apardıqları söhbətlərdən müəyyən şeyləri yadda saxlamağa və ya özləri təfərrüatları toplamağa imkan verməklə daha fərdiləşdirilmiş köməkçi ola biləcək. Keçmiş danışıqları xatırlayacaq söhbət botunun istifadəçilərə daha yaxşı cavab verməsini təmin edəcəyini bildirən şirkət, süni intellekt vasitəsinin yaddaşının daha çox istifadə ilə yaxşılaşacağını da əlavə edib.
"Open AI"in açıqlamasında, Biz gələcək söhbətləri daha faydalı etmək üçün "ChatGPT"nin danışdığınız şeyləri yadda saxlamaq qabiliyyətini sınaqdan keçiririk. "Siz "ChatGPT"nin yaddaşına nəzarət edirsiniz. Açıq şəkildə ona nəyisə yadda saxlamağı, yadda saxladıqlarını soruşmağı və söhbət zamanı, yaxud müəyyən parametrlər vasitəsilə onu unutmasını söyləyə bilərsiniz. Həmçinin onu tamamilə söndürə bilərsiniz... Yaddaş söndürüldükdə siz xatirələr yarada və ya istifadə edə bilməzsiniz" - sözləri yer alıb.
Bu funksiya hazırda "ChatGPT"nin pulsuz və premium "Plus" versiyasının istifadəçilərinin kiçik bir hissəsi üçün əlçatandır. "OpenAI", yeni funksiyanın üstünlükləri haqqında öyrəndikdən sonra tezliklə daha geniş yayılma planlarını paylaşacaqlarını bildirib. Yaddaş funksiyası istifadəçilərə müəyyən suallara "ChatGPT"dən istədikləri cavabı almaq imkanı verə bilər.
Şirkət əlavə edib ki, yaddaş funksiyasından istifadə etməyə üstünlük verməyən istifadəçilər platformanın “müvəqqəti söhbət” seçimindən yararlana bilərlər.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay