Məşhur texnologiya şirkəti satıldı
“Yandex”in Rusiyadakı aktivlərinin 475 milyard rubla satışı ilə bağlı razılıq əldə olunub.
Valyuta.az xəbər verir ki, hissələr rusiyalı investorların konsorsiumuna satılacaq.
Rusiyanın “Yandex” texnologiya şirkətinin himayəçi təşkilatı olan, Niderlandda yerləşən “Yandex NV”, Rusiyadakı hissələrinin 475 milyard rubla (təxminən 5,2 milyard dollar) rusiyalı investorlar konsorsiumuna satılması barədə razılığın əldə edildiyini açıqlayıb.
Bildirilib ki, Rusiyanın ən böyük özəl neft şirkəti “Lukoyl” da sözügedən konsorsiuma daxildir və “Yandex NV” müqaviləyə uyğun olaraq iyulun 31-dək “Yandex” brendindən istifadəni dayandıracaq. Bəyanatda fikirlərinə yer verilən “Yandex NV”nin İdarə Heyətinin sədri Con Boynton, “Yandex”in 2022-ci ilin fevral ayından bəri müxtəlif çətinliklərlə qarşılaşdığını ifadə edərək, “Biz səhmdarlarımız, komandalarımız və şirkətlərimiz üçün mümkün olan ən yaxşı həlli tapdığımıza inanırıq” - deyib.
Avropa İttifaqı (Aİ) tərəfindən sanksiyaya məruz qalan Rusiyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Yandex”in qurucusu Arkadiy Voloj 2022-ci ilin dekabrında şirkətdən ayrıldığını açıqlamışdı.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay