"Facebook" 20 yaşında
Fevralın 4-də "Facebook"un fəaliyyətə başlamasının 20 ili tamam olur. Şəbəkə əvvəlcə tələbələr üçün sosial platforma kimi nəzərdə tutulsa da, 2006-cı ildə ictimaiyyətə təqdim edilib.
Qaynarinfo xəbər verir ki, 2009-cu ilin dekabrında 350 milyon qeydiyyatdan keçmiş istifadəçiyə və aylıq 132 milyon unikal istifadəçi auditoriyasına çatan Mark Zukerberqin "körpəsi" dünyanın ən populyar sosial şəbəkəsinə çevrilib.
2023-cü ildə onun aylıq auditoriyası ilk dəfə olaraq 3 milyard insanı ötüb. O dövrün bir çox digər məşhur sosial şəbəkələri rəqabətə tab gətirə bilməyib və səhnəni tərk edib.
“Kepios” konsaltinq agentliyinin analitiklərinin fikrincə, sosial platformaların qlobal auditoriyası artmaqda davam edir və hazırda 5 milyard istifadəçini (dünya əhalisinin yarısından çoxunu) ötür. Onlar orta hesabla gündə 2 saat 23 dəqiqəni sosial mediada keçirir və ayda təxminən 6 sosial platformadan istifadə edirlər. Üstəlik, istifadəçilər ən çox “WhatsApp”ı açır, vaxtının çoxunu "TikTok" və "YouTube"da keçirirlər. İstifadəçilər ən çox sevimli sosial şəbəkə kimi "Instagram"ın adını çəkirlər.
Qeyd edəki, "Facebook" hazırda Amerika çoxmillətli texnoloji konqlomerat holdinqi olan "Meta Platforms, Inc."in daxildir. Şirkətin tərkibində "Facebook"dan başqa "Facebook Messenger", "WhatsApp", "Instagram", "Facebook Watch", "Facebook Portal", "Oculus", "Giphy", "Mapillary" və digərləri daxildir. O, dünyanın ən dəyərli şirkətlərindən biridir və "Amazon", "Alphabet" (Google), "Apple" və "Microsoft"la yanaşı ABŞ-ın informasiya texnologiyaları sahəsində "Big Tech" şirkətlərindən biri hesab olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay