Ən yaxşı Al modelləri əsas qrammatik qaydaları başa düşə bilmir
Rovira e Virgilia Universiteti və Barselona Universitetinin ispan alimləri böyük model dillərə əsaslanan ən qabaqcıl süni intellekt (AI) sistemlərinin qrammatik səhvləri tanımaqda insanlardan əhəmiyyətli dərəcədə aşağı olduğunu müəyyən ediblər.
Valyuta.az xəbər verir ki, bu barədə "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında məqalə dərc olunub.
Mütəxəssislər ChatGPT daxil olmaqla, günümüzün ən yaxşı üç dil modelini sınaqdan keçiriblər. Onlara sadə tapşırıq verilib: hansı cümlələrin qrammatik cəhətdən düzgün olduğunu, hansının qrammatik səhvlərin olduğunu müəyyənləşdirin. Bir qrup insan eyni tapşırığı yerinə yetirib.
Canlı iştirakçılar qrammatik uyğunsuzluqları asanlıqla aşkar edib, AI isə bir çox yanlış cavablar verib. Əslində, süni intellekt verilən misalların hamısının doğru olduğunu müəyyən edib.
Tədqiqat müəlliflərinin fikrincə, eksperiment göstərib ki, süni intellekt hələlik mətnlərə bu qaydalar yüklənsə belə, qrammatik normalara uyğunluğu qiymətləndirə bilmir. Halbuki insan qrammatikadakı əhəmiyyətsiz səhvləri dərhal və səy göstərmədən tanıyır. Bu, neyron şəbəkələrin dili insanlardan fərqli anladığını göstərir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay