BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7752
  • RUB
    1.6516
  • TRY
    0.0483
  • GBP
    2.1387
39707

Rusiyada fəaliyyət göstərən “Kaspersky” proqram təminatı şirkəti, “iPhone” smartfonlarında indiyə qədər görülmüş ən mürəkkəb təhlükəsizlik boşluqlarının aşkar edildiyini bildirib. 

Valyuta.az xəbər verir ki, çərşənbə günü şirkətin təhlükəsizlik rəsmilərindən Boris Larin tərəfindən dərc edilən hesabatda, "Triangulyasiya əməliyyatı" adlı hadisədə hakerlərin "Apple"in telefonlarındakı "iMessage" funksiyası vasitəsilə cihazlara daxil ola bildiyi açıqlanıb. Bildirilib ki, kiberhücum "iMessage"a əlavə edilmiş zərərli proqram təminatı ilə həyata keçirilib və telefonların mikrofonlarına, kameralarına, eləcə də cihazdakı fotoşəkillərə, məkan məlumatlarına və həssas məlumatlara daxil olmaq imkanı verib.  Hakerlərə cihazları tamamilə ələ keçirməyə imkan verən proqram “sıfır klik”lə aktivləşdirilir, yəni istifadəçi göndərilən hər hansı linkə klik etmədən aktivləşdirilir. 

Hesabatda bu zəifliyin "Apple" və "ARM Holdings" kimi çip təminatçıları xaricində az adamın bildiyi bir aparat xüsusiyyəti" ilə bağlı olduğuna diqqət çəkib. Bu açığı bir ildir araşdırdıqlarını ifadə edən Larin, söz mövzusu "hardware" xüsusiyyətinin cihazlardakı proqram təminatı tərəfindən istifadə olunmadığına diqqət çəkərək, hakerlərin bunu necə kəşf etdiyini hələ anlamadıqlarını bildirib. Tədqiqata görə, bu "hardware" xüsusiyyəti "Apple" mühəndisləri tərəfindən inkişaf prosesi zamanı sazlama və müxtəlif testlər üçün cihaza yerləşdirilə bilər. Bununla belə, bu xüsusiyyətin çox güman ki, səhvdən qaynaqlandığı vurğulanıb. 

Həmçinin bildirilib ki, hakerlər hətta “sıfır-gün” adlanan dörd proqram zəifliyindən istifadə ediblər ki, bunlardan ilkin olaraq istehsalçıların belə xəbəri yoxdur. Sözügedən proqram təminatı boşluqları "Mac", "iPod", "iPad", "Apple TV" və "Apple Watch" məhsullarında, eləcə də "iPhone"da aşkar edilib.

ABŞ-da yerləşən Ars Technica texnoloji saytının məlumatına görə, "Apple" sözügedən proqram təminatı boşluqlarını yeni yeniləmələrlə bağlayıb. Digər tərəfdən xəbərdə texnologiya nəhənginin şərh verməkdən imtina etdiyi bildirilir.

"Kaspersky" sözügedən proqram təminatı problemləri ilə bağlı ilk açıqlamanı iyunun birində vermişdi. Şirkət bəzi işçilərinin "iPhone"larına hücum edildiyini bildirib. Şirkətin yeni hesabatında ilk dəfə olaraq bu hücumun texniki analizi və miqyası açıqlanıb. Həmin gün Rusiyanın daxili təhlükəsizlik qurumu Federal Təhlükəsizlik Xidməti (FSB) yüzlərlə siyasətçi, diplomat və dövlət məmurunun "iPhone"larının sındırıldığını açıqlayıb. 

FSB hücumlara görə ABŞ Milli Təhlükəsizlik Agentliyini (NSA) məsuliyyət daşıdığını və "Apple"ın Amerika kəşfiyyat xidmətləri ilə birlikdə işlədiyini iddia edib. "Apple" iddiaları rədd edərək və heç bir cihazda "arxa qapı"nın yerləşdirilmədiyini və NSA ilə işləmədiklərini iddia etdi. NSA isə iddialarla bağlı açıqlama verməyib.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda nar istehsalında yaranan əsas çətinliklər açıqlanıb

"Kartdan karta" ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edildi

Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə etdiyi gəlir 15 milyard dolları keçib

"A-Qroup Sığorta”nın biznes itkiləri 2,2 milyon manata yaxınlaşıb

Bahalaşmaqda hətta bitkoini belə geridə qoyan məhsul

Xankəndi stadionunda işlər nə vaxt başa çatacaq? - Prezident AÇIQLADI

İlham Əliyev: Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq

Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)

"Bakısığorta" məhkəməyə verilib

“Ethereum”un gələcəyi necə olacaq? - “Matrixport”dan analiz

“Ethereum”un gələcəyi necə olacaq? - “Matrixport”dan analiz

Pulla bağlı yanlış düşüncələr - Qazancı düzgün idarə etməyin 6 üsulu

“360 min şəxsə sosial xidmətlər göstərilib” - Nazir müavini

Sabah ABB-nin 21 avtomobili satışa çıxarılacaq - 1 000 manatdan başlayan qiymətlə...

ABŞ-da 2024-cü ildə 327 şirkət rəhbəri istefa verib

Müdafiə Nazirliyi bu şirkətdən 1,7 milyon manatlıq təkər alır

Bu il ölkədə neçə kilometr avtomobil yolu qurulub və təmir olunub?

Sabaha olan hava proqnozu

Tələb təklifi tam ödədi - VALYUTA HƏRRACI

Mərkəzi Bank 2 ödəniş təşkilatı ilə bağlı qərar verib

Ötən ay Azərbaycandan xarici ölkələrə hansı meyvədən nə qədər satılıb? - Cədvəl

“Azərişıq”da yeni rəis TƏYİNATI

Minimum əməkhaqqındakı artım kimlərin maaşlarına təsir edəcək?

Minimum əməkhaqqındakı artım kimlərin maaşlarına təsir edəcək?

Pensiyaya çıxmaq üçün tələb olunan kapital artırılacaq - YENİ MƏBLƏĞ

Qida Təhlükəsizliyi İnstitutu biri 69 minə 3 ədəd avtomobil alır

Bakıda məşhur restoranların Yeni il qiyməti

Maşınınızı necə qeydiyyatdan keçirməlisiniz? - CAVAB

Beton qarışdıran maşınlar hansı ölkələrdən və neçəyə alınır?

Sosial Xidmətlər Agentliyindən fiziki şəxsə 9,3 milyonluq sifariş

"Fed" komitəsi dəyişir: 2025-ci il debatlarla dolu ola bilər

"Fed" komitəsi dəyişir: 2025-ci il debatlarla dolu ola bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin