BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7752
  • RUB
    1.6516
  • TRY
    0.0483
  • GBP
    2.1387
39123

"Insomniac Games" studiyasından sızan məlumatlara görə, "Sony" öz oyunlarının qiymətlərini yenidən qaldırmağı planlaşdırır. 

Valyuta.az xəbər verir ki, bu barədə "NicheGamer" məlumat yayıb.

"PlayStation 5"in buraxılmasından sonra "Sony" bəzi oyunlarının qiymətini 50 dollardan 70 dollara qaldırıb. Xəbərdə deyilir ki, qarşıda qiymət artımının daha bir neçə mərhələsi olacaq: 80 dollara və hətta 100 dollara qədər.

Üstəlik, "NicheGamer" yazır ki, sızan məlumatlar arasında oyun paylanmasının bir növ seriyalı modelinin meydana çıxması haqqında məlumatlar var. Məsələn, "Marvel's Spider-Man" filminin növbəti hissəsi üç epizodda yayımlanacaq və hər biri 50 dollara satılacaq. Yəni, ümumilikdə oyunçular onun  üçün 150 dollar ödəməli olacaqlar.

"Sızan məlumatların ümumi həcmi 1,76 TB həssas məlumat təşkil edir və əsasən yalnız "Insomniac"ın öz oyunlarına aiddir, onlar həmçinin "Sony"nin bütün "PlayStation" biznesinin gələcək inkişafı üçün potensial planları haqqında məlumat verir", deyə "NicheGamer" yazır.

Jurnalistlər onu da qeyd edib ki, bu planlar yalnız "PlayStation"ın hipotetik gələcəyi haqqında fikir verir. Mümkündür ki, zaman keçdikcə şirkət monetizasiyaya münasibətini yenidən nəzərdən keçirsin.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Səhiyyənin Təminatı Mərkəzi 1,8 milyonluq mebel alacaq

BOKT məhkəməyə verilib

"Səhmləriniz ucuzlaşanda axmaq qərarlar verəcəksinizsə, ümumiyyətlə almayın" - Baffetin zamansız məsləhəti

Yanvarın 1-dən "WhatsApp" 19 smartfon modelində işini dayandıracaq

"Star Park" cərimələnə bilər

94 yaşlı Baffet 2025-ci ilə rekord məbləğdə nağd pulla girir

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

"Azərbaycan Dəmir Yolları" "ATEF"i niyə məhkəməyə verib?

Dünyanın ən böyük çip istehsalçısı TSMC rekord qırdı

Süni intellektdə inqilab - Bir milyard dəfə daha sürətli texnologiya gəlir

Agentlik 10 ədəd evakuator alır - Biri 218 min manata

Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə RENKİNQİ

Sabah bu ərazidə qaz olmayacaq

Bu QSC-yə 20 milyon ayrıldı - Sərəncam

Prezidentdən məhkəmələrlə bağlı Fərman

Sığorta şirkətlərinin yığımlarının SİYAHISI

Azərbaycanda macəra turizmi: Adrenalin sevənlər üçün bu imkanlar var

Qış təkəri seçərkən nəyə diqqət etmək lazımdır?

Sədr Aydan Rəcəbovanı rəis təyin etdi

Azərbaycanda nar istehsalında yaranan əsas çətinliklər açıqlanıb

"Kartdan karta" ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edildi

Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə etdiyi gəlir 15 milyard dolları keçib

"A-Qroup Sığorta”nın biznes itkiləri 2,2 milyon manata yaxınlaşıb

Bahalaşmaqda hətta bitkoini belə geridə qoyan məhsul

Xankəndi stadionunda işlər nə vaxt başa çatacaq? - Prezident AÇIQLADI

İlham Əliyev: Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq

Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)

"Bakısığorta" məhkəməyə verilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin