London Ali Məhkəməsi süni intellektin ixtiraçı sayılmaq hüququnu rədd etdi
Böyük Britaniyanın London Ali Məhkəməsi DABUS adlı süni intellektin (AI) bir neçə ixtiraya patent müəllifi kimi siyahıya alınmasına cəhd edən "Imagination Engines" şirkətinin yaradıcısı Stiven Talerin ərizəsini rədd edib.
Valyuta.az xəbər verir ki, qərar məhkəmənin rəsmi saytında dərc olunub.
Hakimlər ixtiraçının fiziki şəxs olmasını tələb edən patent qanununa istinad ediblər. Halbuki DABUS ümumiyyətlə insan deyil.
Məhkəmə aydınlaşdırıb ki, onun qərarı süni intellektin köməyi ilə yaradılan texniki yeniliklər üçün prinsipcə patentlərin əldə edilə biləcəyi ilə bağlı daha geniş suala cavab vermir.
Əvvəllər Stiven Taler bir neçə ölkədə içki qabı və xəbərdarlıq işığını patentləşdirməyə çalışaraq cihazları DABUS-un ixtira etdiyini iddia edirdi.
"Bloomberg" öyrənib ki, Talerin vəkilləri dinləmə zamanı süni intellekt kəşflərinə dair patentlərlə bağlı Böyük Britaniya siyasətinin innovasiyaları geridə qoyduğunu israr ediblər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay