Bu texnologiya qorxu hissinin azalmasına kömək edir
Yaponiyada aparılan bir araşdırmadan sonra virtual reallıq təcrübələrinin qorxunun öhdəsindən gəlməyə kömək etdiyi müəyyənləşib.
Valyuta.az xəbər verir ki, qorxu yaşamaq üçün ən əsas elementlərdən biridir. Bu hiss təhlükəli vəziyyətlərdən qaçmağa və özünü qorumağa kömək edir. Digər tərəfdən, daim hiss olunan qorxu, narahatlıq insanın gündəlik həyatına, fiziki və psixi sağlamlığına mənfi təsir göstərə bilər. Lakin yeni araşdırmalara görə, müasir texnologiya insanlara qorxu və fobiyalarını aradan qaldırmağa kömək edir.
Osaka Universitetinin professoru Masahiko Haruno bununla bağlı açıqlamasında, "Virtual reallığın təmin etdiyi yeni təcrübələr insanların düşüncə və hisslərini dəyişdirə bilər. Tədqiqatlar göstərir ki, bu təcrübənin yüksəklik qorxusunu, irqi xurafatı və əqli qüsurları azaltması mümkündür" - sözlərini söyləyib.
Bəs araşdırma necə aparılıb? Haruno və komandası yüksəklik qorxusu olan insanları virtual uçuş təcrübəsinə daxil edib. Təcrübədə iştirakçılar şəhərin üzərindən uçduqlarını göstərən videoya baxıblar. Daha sonra onların virtual reallıqda aşağıda boşluq olan hündür, nazik taxta üzərində yerimələri istənilib. Uçuş təcrübəsini idarə edə bilən iştirakçıların taxta üzərində yeriyərkən daha az qorxduqları müəyyən edilib. Videoya baxan, lakin uçuşa nəzarəti yaşamayanların qorxuları daha qabarıq şəkildə özünü göstərib. Digər tərəfdən, tədqiqatçılar deyirlər ki, orqanizm virtual qorxuya məruz qalma təcrübəsinə cəlb edildikdə daha yaxşı nəticələr əldə olunur. Araşdırmaçılar iştirakçılara 3D virtual reallıqda əcnəbi təcavüzkarla mübarizə aparmağı da öyrədiblər. Təlim başa çatdıqdan 24 saat sonra iştirakçılar qorxularında əhəmiyyətli dərəcədə azalma olduğunu göstərdilər. Qorxunun subyektiv vəziyyət olduğunu bildirən tədqiqatçılardan biri Ai Koizumi bunun öhdəsindən gəlməyin asan olmadığını deyib. Koizumi, qorxunu azaltmaq üçün addımların hər kəs üçün fərdiləşdirilməsinin vacibliyini vurğulayıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay