"Google" Hindistanda "Tensor" çipset fabriki aça bilər
"Google" üç ildən sonra Hindistanda çip istehsalı müəssisəsi aça bilər.
Valyuta.az "The Pioner"ə istinadla xəbər verir ki, bu barədə elektronika və informasiya texnologiyaları naziri Aşvini Vaişnav bildirrib.
"Mən Google-dan üç il ərzində Hindistanda Tensor G3 çipsetinin istehsalı üçün zavod tikməsini xahiş etdim. Biz şirkətin Hindistanla əməkdaşlığı genişləndirəcəyini və ölkədə yarımkeçirici komponentlər üçün tam təchizat zəncirinin yaradılmasını gözləyirik", - "Pioner" qəzeti nazirdən sitat gətirir.
Tensor G3 çipsetinə ən son nəsil ARM CPU-ları, yenilənmiş GPU və "Google"un süni intellekt modellərini dəstəkləmək üçün yeni nəsil Tensor prosessoru daxildir. Hindistan ABŞ və Çin şirkətlərindən bu çipset üçün əvvəlcədən toplu sifarişlər səbəbindən Tensor G3 çatışmazlığı ilə üzləşir.
Oktyabrın 19-da Google şirkəti özünün qabaqcıl smartfon xətti olan Pixel 8-i Hindistanda istehsal etmək niyyətini açıqlayıb. Hindistan hökumətinin Make in India proqramı çərçivəsində cihazların istehsalına 2024-cü ildə başlanacağı gözlənilir.
Bu proqramın bir hissəsi olaraq "Google", "Hewlett Packard Inc" texnologiya korporasiyası ilə birlikdə (HP), HP-nin artıq 2020-ci ildən noutbuk və fərdi kompüterlər istehsal etdiyi "Chennai" (Cənubi Tamil Nadu) yaxınlığındakı obyektdə "Chromebook" noutbuklarının istehsalına da başlayacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay