BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
34483

NASA qiymətli metallarla dolu "16 Psyche" asteroidinə missiyanın növbəti dəfə təxirə salındığını açıqlayıb.

Valyuta.az xəbər verir ki, avqustun birindən oktyabrın 11-dək planlaşdırılan reysin sözügedən tarixlərdə həyata keçirilməyəcəyi bildirilib. Mütəxəssislər bildirirlər ki, eni təxminən 200 kilometr olan, Mars və Yupiter arasındakı asteroid qurşağında yerləşən meteorit "M" tipli kosmik obyektlərin ən böyüyüdür. Silikatdan əmələ gələn digər asteroidlərdən fərqli, "16 Psyche" dəmir və nikel kimi qiymətli metallardan ibarətdir. Bu səbəbdən asteroidin tam 10 kvintilyon dollar dəyərində olduğu iddia edildi.

Bununla belə, ABŞ-nın Purdue və Bravn universitetlərindən olan tədqiqatçılar fevralda asteroiddəki dəmir sıxlığının düşünüldüyü qədər yüksək olmadığını və bu səbəbdən dəyərinin heç də deyildiyi qədər olmadığını aşkarladılar. Meteoritlə eyni adı daşıyan kosmik gəminin "SpaceX"in "Falcon Heavy" raketi ilə avqustun birində buraxılması planlaşdırılırdı. Lakin mayın 24-də nəqliyyat vasitəsinin idarəetmə proqramında problemlər aşkarlandığı və buraxılışın ən tez sentyabrın 20-də həyata keçirilə biləcəyi açıqlandı. İndi isə kosmik agentlik proqram təminatı ilə bağlı sınaqların davam etdiyini açıqlayıb. Bildirilib ki, proqram təminatı və sınaq avadanlığının çatdırılması gecikdiyi üçün gəmi işə salınana qədər lazımi proseslərin görülməsi mümkün olmayıb. NASA mütəxəssisləri problemi həll etsələr də, sınaqların davam etdiyini və bu il kosmik gəmini göndərmək üçün kifayət qədər vaxt olmadığını açıqlayıblar.

NASA-nın Reaktiv Sürət Laboratoriyasının direktoru Lauri Leşin açıqlamasında, "Qravitasiya yardımı üçün Marsdan istifadə edərək uzaq metallarla zəngin asteroidə uçmaq fövqəladə dəqiqlik tələb edir. Biz bunu düzgün əldə etməliyik" - deyib.

Psyche kosmik gəmisi bu il buraxılacağı təqdirdə 2026-cı ildə asteroidə çatacaqdı. Sonrakı illərdə həyata keçiriləcək buraxılış o deməkdir ki, kosmik gəmi müxtəlif orbital mövqelərə görə daha uzun səyahət etməlidir. Bundan əlavə, NASA-nın ikili asteroid sistemlərini araşdırmaq üçün eyni "SpaceX" raketində buraxılması planlaşdırılan "Janus" missiyaları və kosmosda ünsiyyəti yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş "Deep Space Optical Communications" da dayandırılıb.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Binance”ın baş icraçı direktoru: “2025-ci ildə daha çox inkişaf proqnozlaşdırırıq”

"BNP Paribas" AXA-nın aktivlərin idarə edilməsi biznesini 5,1 milyard avroya aldı

"Varvara Balıq" cərimələnə bilər

Naxçıvanın yolları ilə bağlı 25 milyonluq tender elan edildi

“Əgər alıcının arzuları cibindən böyükdürsə..." - Warren Buffettin sərmayə strategiyası

"ABA Logistics" məhkəməyə verilib

Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxlanılanlar var

"Starbucks" işçilərinin böyüyən tətilləri - "Reuters"

"Starbucks" işçilərinin böyüyən tətilləri - "Reuters"

"Tesla"nın 572 milyard dollarlıq "Tramp rallisi"

"X"in abunəlik qiymətlərindəki rekord artım: Bazarlara təsiri

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

ABŞ-da dövlət 1 milyon nəfərə 1400 dollar verəcək: Səbəb nədir?

"Şəfa Ocağı TM" məhkəmə qarşısında

Ölkədə tibbi turizmi necə inkişaf etdirmək olar?

Bakı Baş Səhiyyə Mərkəzi 1 milyonluq avadanlıq alır

Bank ölən şəxsin borcunu yaxınlarından tələb edir - Əhali niyə kreditlərini sığortalamır?

Yeni 3 qəpiklərin maya dəyəri 8 qəpiyə yaxındır

Qaz limiti nə vaxt sıfırlanacaq? - Rəsmi AÇIQLAMA

“Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilib

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

Rusiyaya getmək istəyənlərin nəzərinə - Yeni qaydalar qüvvəyə minəcək

“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb®

Gəncə İnnovasiya Mərkəzinin açılacağı vaxt məlum olub

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Maliyyə bazarında faizlər niyə artır?

“Aqrarkredit” BOKT-un əmlakları satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin