Uzunömürlü batareyalar dövrü başlayır - Bu nadir tapıntı sayəsində
Çində yarımkeçiricilərdə istifadə edilən elementin çoxlu miqdarını ehtiva edən əvvəllər görünməmiş filiz tapılıb və bu kəşf batareya texnologiyasında yeni inkişaflara səbəb ola bilər.
Valyuta.az xəbər verir ki, geoloqlar Çinin şimalında, Monqolustan daxilində niobabaotit adlı yeni filizdə nadir torpaq metalı olan niobium tapıblar. Bu metal reaktiv mühərriklərdə və raketlərdə geniş istifadə olunur və aşağı temperaturda müstəsna cərəyan keçirici xüsusiyyətlərə sahibdir. Tədqiqatçılar niobiumdan hazırlanmış batareyaların ənənəvi litium-ion batareyalara nisbətən bir sıra üstünlüklərə malik olduğunu bildirib. Bu günə qədər niobiumun əsas mənbəyi Kanada, Braziliya, Avstraliya və Nigeriyada geniş şəkildə hasil edilən filiz kolumbitidir və Çin polad sənayesi üçün elementin təxminən 95 faizini idxal edir. “South China Morning Post” qəzetinin yazdığına görə, ekspertlər bildiriblər ki, geoloqlar niobiumun kifayət qədər həcmdə və keyfiyyətdə niobabaotitdən çıxarılmasının mümkünlüyünü sübuta yetirsələr, bu, Çinin özünü təmin edən ölkə olmasına imkan yarada bilər.
Ölkənin mülki və hərbi nüvə proqramlarına nəzarət edən dövlət qurumu olan Çin Milli Nüvə Korporasiyasının məlumatına görə, niobobaotit filizi Beynəlxalq Mineralogiya Assosiasiyasının təsnifat komitəsindən rəsmi icazə alıb. Braziliya Metallurgiya və Mədən Şirkəti (BMMŞ) qabaqcıl litium-ion batareyalarının istehsalında niobiumdan istifadə etmək üçün yeni layihələr üzərində işləyir. Çin dövlət xəbər agentliyi "Sinxua"da yer alan məlumatalara görə, bu il BMT Təhlükəsizlik Şurasının litium batareyalarda nadir torpaq elementinin istifadəsini yaxşılaşdırmaq üçün universitetlər, tədqiqat mərkəzləri və akkumulyator istehsalçıları ilə əməkdaşlıq etdiyi bildirilib.
Sinqapur Milli Universitetinin Qabaqcıl 2D Materialları Mərkəzinin direktoru Antonio Kastro Neto, əvvəlki aylarda niobium batareyalarının təhlükəsizlik riskləri, qısa ömür kimi problemlər yaradan ənənəvi litium-ion batareyaları ilə müqayisədə uzunmüddətli istifadə və qısa zaman ərzində doldurulma kimi bir sıra üstünlüklər təklif edəcəyini söylədi.
Tədqiqatçılar, niobium qrafen batareyalarının işləmə müddətinin ənənəvi litium-ion batareyalardan 10 dəfə uzun ola biləcəyini, batareyaların təxminən 30 il xidmət göstərəcəyini, eyni zamanda daha davamlı və etibarlı olduğunu söyləyib. Onlar həmçinin hazırda işlənmə mərhələsində olan bu batareyaların 10 dəqiqədən az müddətdə tam enerji yığa biləcəyini iddia edib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay