Robotlar robot istehsal edəcək - Dünyada ilk
"Amazon" tərəfindən dəstəklənən "Agility Robotics" şirkəti 2024-cü ildə ABŞ-də dünyada ilk dəfə olaraq “yalnız insanabənzər robotların işləyəcəyi” fabrik açacaq.
Valyuta.az xəbər verir ki, robotlar insanların olmayacağı "RoboFab" adlı fabrikdə başqa robotlar istehsal edəcək. İlk məhsulun 2025-ci ildə ortaya çıxacağını açıqlayan şirkət, fabrikdə ildə 10 min robot istehsal ediləcəyini açıqlayıb.
"Agility Robotics" bu il "Digit" adlı ikiayaqlı robot istehsal edərək bütün dünyada məşhurlaşmışdı. “Zavod işçisi” kimi dizayn edilən robot sosial mediada böyük maraq gördükdən sonra dünyaca məşhur "Amazon" "Agility Robotics"ə 180 milyon dollar sərmayə qoyub. Fabrikdə "Digit" kimi robotların işləyəcəyi bildirilib. "Digit" qarşısında bir insan və ya hansısa maneə olarsa, onu aşkarlamaq və ətrafından hərəkət etmək qabiliyyətinə malikdir. Bu da onun insanlarla birlikdə işləməsinə imkan verir.
İkiayaqlı robot qoşquların boşaldılması və bağlamaların daşınması kimi bir sıra vəzifələr üçün nəzərdə tutulub. Şirkət dünyanın ilk insansız fabrikini açıb robot işçiləri işə götürsə də, uzunmüddətli perspektivdə istehsal edilən robotların paylanması və satışı üçün insan personalına ehtiyac olduğunu açıqlayıb.
Fabrikə bağlı ofislərdə 500-ə yaxın insanı işə götürə biləcəklərini söyləyən şirkətin rəhbəri Aindrea Kempbell açıqlamasında "RoboFab" ilə biz təkcə qabaqcıl robot sistemlərinin inkişafını və tətbiqini sürətləndirmirik, həm də innovasiyaları təşviq edirik və yüksək ixtisaslı iş imkanları yaradırıq", deyə bildirib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay