İlon Maska qarşı daha bir məhkəmə iddiası - "X"ə görə
"Twitter"i aldıqdan sonra patformanın adını "X" olaraq dəyişdirən İlon Mask yenə məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, əvvəllər İlon Maskın "Twitter"in adını "X" olaraq dəyişdirməsi səbəbindən bir çox problemlərlə üzləşə biləcəyi barədə məlumatlar var idi. Bunun səbəbi şirkətin çox vacib və populyar bir marka olmasıdır. Bundan əlavə, 1000-ə yaxın brend əvvəllər "X" adı ilə lisenziya alıb.
Bu səbəbdən Mask üçün həqiqətən də problem yarandığı bildirilir. Xəbərə görə , ABŞ-də “X Social Media” adını rəsmi qeydiyyatdan keçirən bir reklam agentliyi Maskın şirkətini məhkəməyə verib. Sözügedən agentlik Maskın rəhbərlik etdiyi şirkət tərəfindən ticarət nişanı hüquqlarını pozulduğunu bildirib. Üstəlik şirkət bu pozuntunun haqsız rəqabətə və müxtəlif biznes təcrübələrinə səbəb olduğunu iddia edir. Reklam şirkətinin məlumatına görə, İlon Maskın etdiyi yeniliklər və dəyişikliklər səbəbindən X artıq gəlir itkisi ilə üzləşib.
Bu proses zamanı bir çox insanların beynində "X"in adının yenidən dəyişib-dəyişməyəcəyi ilə bağlı suallar yaranıb. Rəsmilər ad dəyişikliyinin olub-olmayacağı ilə bağlı nəsə söyləmək üçün hələ tez olduğunu bildirirlər.
Bununla yanaşı, "X Sosial Media"nın bu işdə qalib gəlmə ehtimalının az olduğunu da əlavə edirlər.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay