"Meta"nın yeni eynəklərinin qiyməti nə qədər olacaq?
ABŞ-ın texnologiya şirkəti "Meta" yeni ağıllı eynəklərini təqdim edib.
Valyuta.az xəbər verir ki, kənardan baxıldığında adi eynəkdən çətin ayrılan smart cihaz canlı yayım imkanına malikdir. Əvvəlki uğursuz cəhdlərdən sonra şirkət bu dəfə məzmun istehsalçılarını hədəfə alıb. Eynəklə "Facebook" və İnstaqramdan yüksək keyfiyyətli (Full HD) təsvir ölçüsündə canlı yayımlar etmək mümkün olacaq .
Şirkətin baş direktoru Mark Zukerberqin təqdimatına görə, ağıllı eynəklərin batareya ömrü 6 saatdır. Qiyməti 299 dollar olan cihaz, batareyası doldurulana qədər və ya bitdikdən sonra adi eynək kimi istifadə olunur. "Ray-Ban" ilə əməkdaşlıq nəticəsində hazırlanmış smart cihaz oktyabrın 17-də satışa çıxarılacaq.
İstehlakçıların ağıllı eynəklərə marağı indiyədək aşağı səviyyədə qalıb. Çünki məxfiliyin pozulması ilə bağlı ciddi narahatlıqlar var. Meta, əvvəlki "Stories" adlı modeli alanların 90 faizinin qısa müddətdə bu məhsuldan istifadəni tamamilə dayandırdığını açıqlayıb.
"Google" 2019-cu ildə 999 dollara təqdim etdiyi eynəklərin satışını, həmçinin keçən ay proqram təminatı dəstəyini dayandırıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay