Cənubi Koreyada robotların çoxluğu problem yaradıb
Cənubi Koreyada əksər restoranlar robot ofisiantlara üstünlük verməyə başlayıb.
Valyuta.az xəbər verir ki, xüsusilə koronavirus pandemiyasından sonra təmassız xidmət istəyən müştərilər adətən robot ofisiantların çalışdığı restoranlara üstünlük verirlər. Digər tərəfdən, Seulda Təhsil Müdirliyi dövlət məktəblərində yeməkləri robotların hazırlaması üçün pilot layihəni işə salıb.
Ucuz Çin istehsalı robot ofisiantların axını Seulun azalan əhalisi və ölkənin texnoloji şirkətləri arasında artan rəqabətlə mübarizə aparan Cənubi Koreyada narahatlıq yaradıb. İnsan ofisiantları əvəz edən və müştərilərin süfrələrinə yemək gətirən bu robotlar məşğulluq problemlərinə səbəb olur. Digər tərəfdən, ödənişlərin artması səbəbindən Cənubi Koreyada restoran rəhbərləri robotlara üstünlük verirlər.
Koreya Robot Sənayesi Assosiasiyasının məlumatına görə, keçən il ölkənin restoranlarında 5000-ə yaxın robot fəaliyyət göstərib ki, bu da 2021-ci illə müqayisədə 67 faiz çoxdur. Bu il isə rəqəmlərin iki dəfə artaraq 10 minə çatacağı gözlənilir. Bununla belə, xarici şirkətlər daha ucuz robotlara üstünlük verir. Keçən il Cənubi Koreyadakı robotlarının 70 faizindən çoxu çin istehsalı olub. 10-30 milyon von (7460 dollar) arasında dəyişən qiymətlərlə Çin robotları Cənubi Koreyadakılardan beş dəfə ucuz başa gəlir. Beynəlxalq Robototexnika Federasiyasının məlumatına görə, Yaponiya (399), Çin (322) və ABŞ ilə (274) müqayisədə Cənubi Koreyada hər 10 000 istehsal işçisinə 1000 robot düşür. Robotlar ölkənin avtomobil və yarımkeçirici fabriklərində geniş istifadə olunur. Lakin onlar həm də gündəlik həyatın getdikcə görünən hissəsinə çevrilirlər.
Apreldə Cənubi Koreya parlamenti kuryer robotların səkilərdə işləməsinə və ictimai yerlərə daxil olmasına icazə verən qanun qəbul etdi. Koreya Elm və Texnologiya İnformasiya İnstitutunun məlumatına görə, Cənubi Koreyanın xidmət robotlarının satışlarından gələn gəlir 530 milyon dollardır. 2026-cı ilə qədər bu rəqəmin bir milyard dollara çatacağı və hər il orta hesabla 23 faiz artacağı gözlənilir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay