BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
32004

Elektron Təhlüksizlik Xidməti "WhatsApp" və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları ilə bağlı xəbərdarlıq edir. Son zamanlar "WhatsApp" və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları artıb. Müxtəlif platformalarda hesabların ələ keçirilməsi vətəndaşların fərdi məlumatlarının qanunsuz istifadəsi, eləcə də onların adından kiberdələduzluğun həyata keçirilməsi ilə nəticələnə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə deyib.

“İlkin araşdırma nəticələrinə əsasən deyə bilərik ki, hesabların oğurlanmasına səbəb vətəndaşlara göndərilən birdəfəlik şifrlərin beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır. Hazırda Elektron Təhlükəsizlik Xidməti tərəfindən müvafiq qurumlarla birgə araşdırma davam etdirilir”, - deyə sektor müdiri bildirib.

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə tövsiyə edib ki, vətəndaşlar müxtəlif platformalarda mövcud olan hesablarının təhlükəsizliyini təmin etmək üçün ikimərhələli təsdiqləməni mütləq aktiv etsinlər. 

“Qeyd etdiyim ikimərhələli təsdiqləmə funksiyası aktivləşdirilmədiyi təqdirdə, həmin hesabların ələ keçirilməsi riski yüksəkdir. Hesabı ələ keçirilən şəxslər isə həmin platformaların dəstək bölməsi vasitəsilə inzibatçıya müraciət edə bilərlər, - deyə Ləman Hüseynzadə vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Maliyyə uğurunun sirri açıqlandı - 50 illik araşdırma

İcbari sığortalar üzrə yığımlar kəskin artır

Mərkəzi Bankdan 650 minlik TENDER ELANI

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ixracı 5 milyard dollar azalıb - SİYAHI

Ağdama 18 milyon investisiya - 150 yeni iş yeri yaradılacaq

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% artıb

Sumqayıtda İnnovasiya Mərkəzinə "Apple" statusu veriləcək

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi®

Nazirin bacanağına məxsus bankla iki şirkət arasında kredit qalmaqalı

"Honda" və "Nissan" şirkətlərinin birləşmə tarixi açıqlandı

Nağdsız ödənişlərin əhatə dairəsi genişləndirilir

“Azintelecom” mətbuat konfransı və kommersiya tədbiri təşkil etmək üçün 150 min ayırıb

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 29 % artırıb

Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək

Yeni il tətilində necə əlavə pul qazanmaq olar? - 5 ÜSUL

İlon Mask: "Süni intellekt 2030-cu ilə qədər bütün insanların intellektini üstələyəcək"

"Lukoil"də benzinə su qatılır iddiası - QURUMDAN CAVAB

“Apple”da yenilik - Üztanıma ilə açılan qapılar

Bu məktəblərdə 4 yanvar dərs günü olacaq

ATİB-in İdarə Heyəti yenidən formalaşdırılıb

Qazaxıstan 2025-ci ildə Ələt limanında terminalın tikintisinə başlayacaq

“Keşlə bazarı”nın söküntü işləri təxirə salınıb

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

Sabah hava necə olacaq?

Sosial şəbəkədə saxta iş elanları verən şəxs tutulub - VİDEO

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Tramp daha bir milyarderi vəzifəyə gətirir

Azərbaycanda ən çox muzdlu işçilər 30-34 yaş aralığındadır - Cədvəl

Azərbaycanda ən çox muzdlu işçilər 30-34 yaş aralığındadır - Cədvəl

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin