BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
31941

Kaliforniyada meşə yanğınlarını erkən aşkar etmək üçün süni intellekt öyrədilir. 

Valyuta.az xəbər verir ki, indiyədək 77 meşə yanğınını aşkar edən sistem, təxminən 40 faiz müvəffəqiyyət nisbətinə nail olub. İqlim dəyişikliyi nəticəsində meşə yanğınlarının yayılması və şiddəti artıb. Elm adamları təcili tədbirlər görülməyəcəyi təqdirdə, bu təhlükələrin daha da artacağını gözləyirlər. Yanğınlar meşə ekosistemləri, eləcə də yüksək riskli kənd yerləri üçün xüsusi təhlükə yaradır. Sağlamlıq, təhlükəsizlik, meşə təsərrüfatı, təbii fəlakət və fövqəladə hallara yardım agentlikləri, həmçinin digər ehtiyat tədbirlər də bəzən yanğınlarla mübarizə üçün kifayət etmir.

Kaliforniyanın əsas yanğınsöndürmə agentliyi “Cal Fire” 1039 ədəd yüksək ayırdetmə kamerası şəbəkəsindən istifadə edərək meşə yanğınlarının vizual əlamətlərini aşkarlamaq üçün süni intellekt modellərini öyrədir. Sistem tüstü əlamətləri aşkar etdikdə yanğınsöndürənləri yaranan təhlükələr barədə xəbərdar edir.

“Cal Fire”in kəşfiyyat rəhbəri Filip SeLeque bildirib ki, yeni süni intellekt sistemi nəinki cavab müddətini qısaldır, həm də bəzi yanğınları erkən aşkarlayır və onlarla mübarizə aparmağa imkan verir. Süni intellekt sistemi Kaliforniyanın yanğına meyilli ərazilərinin təxminən 90 faizini əhatə edən kameralardan hər dəqiqə milyardlarla meqapiksel təsvirləri emal edir. 

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının məlumatına görə, meşə yanğınları 2030-cu ilə qədər 14%, 2050-ci ilə qədər 30% və 2100-cü ilə qədər 50% artacaq. Bu səbəbdən artıq bir çox ölkələr yanğınlarla mübarizədə süni intellektdən istifadə etmək üçün işə başlayıblar.

Məsələn, ABŞ-də “Dashboard AI” adlı meşə yanğınlarını aşkarlaya və yerli yanğınsöndürənlərə xəbərdarlıq göndərə bilən texnologiya üçün 17 milyon dollar artım kapitalı toplanıb. “Dashboard AI”yə dağların zirvəsində quraşdırılmış yüksək ayırdetmə qabiliyyətinə malik kameralar daxildir. Hansı ki, onlar mənzərəni skan edir. O, tüstü və ya yanğınları aşkarlamaq üçün bu görüntüləri yoxlayaraq yanğınsöndürənləri dəqiqələr ərzində xəbərdar edə bilər.

“Pano AI” adlı süni intellektin isə hazırda ABŞ-ın Kaliforniya, Kolorado, Oreqon, Vaşinqton, Aydaho və Montana ştatlarında 6 milyon hektardan çox əraziyə xidmət etdiyi bildirilir. “Dashboard AI”dən başqa, bir çox şirkət artıq yanğınsöndürmə üçün süni intellekt öyrətməyə başlayıb.

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Şəfa Ocağı TM" məhkəmə qarşısında

Ölkədə tibbi turizmi necə inkişaf etdirmək olar?

Bakı Baş Səhiyyə Mərkəzi 1 milyonluq avadanlıq alır

Bank ölən şəxsin borcunu yaxınlarından tələb edir - Əhali niyə kreditlərini sığortalamır?

Yeni 3 qəpiklərin maya dəyəri 8 qəpiyə yaxındır

Qaz limiti nə vaxt sıfırlanacaq? - Rəsmi AÇIQLAMA

“Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilib

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

Rusiyaya getmək istəyənlərin nəzərinə - Yeni qaydalar qüvvəyə minəcək

“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb®

Gəncə İnnovasiya Mərkəzinin açılacağı vaxt məlum olub

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Maliyyə bazarında faizlər niyə artır?

“Aqrarkredit” BOKT-un əmlakları satışa çıxarılır

AMB ödəniş xidməti təchizatçıları ilə bağlı tələbləri təsdiqləyib

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Maliyyə uğurunun sirri açıqlandı - 50 illik araşdırma

İcbari sığortalar üzrə yığımlar kəskin artır

Mərkəzi Bankdan 650 minlik TENDER ELANI

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ixracı 5 milyard dollar azalıb - SİYAHI

Ağdama 18 milyon investisiya - 150 yeni iş yeri yaradılacaq

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% artıb

Sumqayıtda İnnovasiya Mərkəzinə "Apple" statusu veriləcək

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi®

Nazirin bacanağına məxsus bankla iki şirkət arasında kredit qalmaqalı

"Honda" və "Nissan" şirkətlərinin birləşmə tarixi açıqlandı

Nağdsız ödənişlərin əhatə dairəsi genişləndirilir

“Azintelecom” mətbuat konfransı və kommersiya tədbiri təşkil etmək üçün 150 min ayırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin