IBM-in CEO-su: “Süni intellekt ilk növbədə kostyumluların işinə təsir edəcək”
IBM-in baş direktoru bildirib ki, süni intellekt (AI) ilk növbədə ağ yaxalıların - kostyumluların işlərinə təsir edəcək. Bu təsir mənfi yox, müsbət yöndə olacaq. Yəni süni intellekt işçiləri işdən çıxartmaq əvəzinə onlara kömək edə bilər.
Valyuta.az xəbər verir ki, Krişna bildirib ki, süni intellekt və geniş proqramlaşdırma dilləri bütün korporativ prosesləri daha məhsuldar etmək potensialına malikdir: “Bu o deməkdir ki, siz eyni işi daha az adamla edə bilərsiniz. Məhsuldarlığın təbiəti belədir. Əslində mən hesab edirəm ki, ilk təsirlənən qrup müştərilərlə əlaqəsi olmayan şöbələr, kostyumlu işçilər olacaq. Demoqrafik göstəricilərin dəyişməsi, yaşlı insanların sayının artması və əmək qabiliyyətli əhalinin sayının azalmasına səbəb olub. Beləliklə, məhsuldarlığa nail olmaq lazımdır, əks halda həyat keyfiyyəti azalacaq. Məncə, süni intellekt bizim yeganə həll yolumuzdur”.
OpenAI-nin ChatGPT kimi süni intellektlə işləyən chatbotlarına tələb artır. Bu tələbat şirkətləri öz geniş proqramlaşdırma dili modellərini işə salmağa sövq etdi.
IBM süni intellektlə əvəz oluna biləcək işlər üçün işçi qəbulunu dayandırmağı planlaşdırdırır. Krişna deyib ki, bu, insan resursları kimi şöbələrdə süni intellekt və avtomatlaşdırma ilə edilə bilən təxminən 7800 iş deməkdir. Yanvar ayında IBM-in təxminən 3900 işçini ixtisar etməyi planlaşdığı xəbəri yayılmışdı.
Krişna bildirib: “Növbəti beş il ərzində həmin vəzifələri süni intellekt tam əvəz edə bilməyəcək. Amma biz bu işi görən insanlarla birlikdə işləyən süni intellekt botlarına sahib olacağıq. Bu, əlbəttə ki, işçiləri yerindən etmir, görülən işin həcmini artırır. Nə qədər çox əmək varsa (xüsusilə bu, heç bir insan əsaslı deyilsə) bir o qədər çox Ümumi Daxili Məhsul yarada bilərik”.
Hazırladı: Qarakişi Vəlizadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay