"Amazon" uzaqdan işləməyə görə işçilərini cərimələyir
ABŞ-da "Amazon" işçiləri ofisdə görünmək əvəzinə daimi olaraq uzaqdan işlədikləri üçün cərimələnirlər.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" yazır.
Ofisə qayıtma praktikasına müqavimət göstərən işçilər elektron məktublar almağa başlayıblar. İT nəhənginin əməkdaşlarına iş yerlərinin “hazırda gözləntilərə uyğun olmadığı” və həftədə ən azı üç gün ofisdəki həmkarlarına qoşulmaq lazım olduğu bildirilir.
E-poçtlar anonim korporativ mesajlaşma platforması "Blind"də də müzakirə edilib. Şirkət izah edib ki, mesaj yalnız son 8 həftənin 5 və ya daha çox hissəsində həftədə 3 gündən az ofisə gələn işçilərə göndərilib.
Bəzi işçilər e-poçtu səhvən aldıqlarını bildiriblər və İnsan Resursları ilə müntəzəm ofisdə olmalarını aydınlaşdırmasını istəyiblər.
"Amazon"dan gələn son e-poçt bəzi işçiləri qəzəbləndirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay