ABŞ-da çip istehsalı üçün 166 milyardlıq investisiya
ABŞ prezidenti Co Bayden CHIPS və “Elm Aktı”nı imzaladıqdan sonra bir il ərzində şirkətlər yarımkeçirici çip istehsalının ABŞ-a qaytarılması üçün 166 milyard dollardan çox investisiya yatırdıqlarını açıqlayıb.
Valyuta.az xəbər verir ki, CHIPS və “Elm Aktı”nın ilk ildönümü ilə bağlı verdiyi açıqlamada Bayden, ölkədə çip sahəsində liderliyi canlandırmaq, təchizat zəncirlərini gücləndirmək, milli təhlükəsizliyi qorumaq və rəqabət qabiliyyətini artırmaq üçün qanunu imzaladığını xatırladıb. Bayden, ABŞ-nin dünyada çiplərin 40 faizini istehsal etdiyini, lakin zamanla bu nisbətin 10 faiz aşağı düşdüyünü söylədi.
Bu vəziyyətin ölkə iqtisadiyyatını qlobal tədarük zəncirinin pozulmasına qarşı həssaslaşdırdığını vurğulayan prezident, CHIPS və “Elm Aktı”nın bunu dəyişdirməyi hədəflədiyini deyib.
Qanunu imzaladıqdan sonra şirkətlərin yarımkeçirici çip istehsalını ABŞ-a qaytarmaq üçün 166 milyard dollardan çox sərmayə yatırdıqlarını deyən Bayden, bu investisiyaların Ohayodan Arizonaya, Texasa və Nyu Yorka qədər ölkə daxilində iş imkanları yaratdığını bildirib.
Administrasiyanın qarşıdakı aylarda bu qanunun tətbiqinə davam edəcəyini vurğulayan Bayden, Amerikanı yenidən yarımkeçirici çip istehsalında lider edəcəyini və elektronika, yaxud təmiz enerji təchizatı zəncirləri sayəsində digər ölkələrdən daha az asılı olacağını qeyd edib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay