Texno
08.08.2023 / 12:06
"Apple"ın gizli razılaşması üzə çıxdı
31204
ABŞ-ın "Apple" şirkəti Tayvanın TSMC şirkəti ilə yarımkeçirici istehsalçısının bütün mümkün 3 nanometrlik çiplərini yeni "iPhone" smartfonları və "Mac" kompüterlərində istifadə etmək məqsədilə almaq üçün müqavilə bağlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə “The Information” xəbər verir.
“Apple" TSMC-nin 3nm istehsal müəssisəsinin bütün istehsalını satın alıb. Texnologiya şirkəti digər şirkətlər üçün istehsaldan əvvəl təxminən bir il ərzində "Apple" üçün işləyəcək", deyə “The Information” yazır.
"Apple" TSMC-nin ən böyük müştərisidir.
TSMC-dən yeni 3nm istehsal prosesinin "Mac" üçün M3 seriyalı prosessorlarını və "iPhone" 15 üçün "A17 Bionic" seriyasını yaratmaq üçün istifadə ediləcəyi gözlənilir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay