Süni intellekt su da içirmiş - Tədqiqatçılar aşkarladı
“OpenAI”nin istehsalı olan süni intellekt “ChatGPT”nin hər 20-50 sual-cavab üçün 500 ml su içdiyi qeydə alınıb.
Valyuta.az xəbər verir ki, “GPT-3”ün məlumat mərkəzində istifadə edilən maye soyutma sistemində 700 min litr su olduğu bildirilir. Şirkət açıqlamasında süni intellekt sistemlərinin soyudulması üçün istifadə edilən ventilyator və kondisionerlərin yetərsizliyi səbəbindən də maşınların isinməsinin qarşısını alıması üçün maye soyutma sistemlərindən yararlanıldığı bildirilir.
Bunu Koloradodakı “Riverside” və Texasdakı “Arlinqton” universitetlərindən bəzi tədqiqatçılar aşkarlayıb. Onların fikrincə, “Microsoft” ABŞ-nin məlumat mərkəzlərində “GPT-3”ün birbaşa 700.000 litr təmiz su istehlak edə biləcəyi hesablanıb. Hesablamalara görə, “ChatGPT “ təxminən 20-50 sual və cavabdan ibarət hər müsahibə üçün 500 ml su içir.
Digər tərəfdən, “Google”un süni intellektli söhbət robotu “Bardın” maye soyutma sistemi sayəsində su sərfiyyatını da təmin etdiyi bildirilib. “Google” və “Microsoft” 2024-cü ilə qədər məlumat mərkəzlərində istifadə etdikləri maye soyutma sistemindəki suyun miqdarını 95 faiz azaltmağı hədəfləyir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay