"Microsoft" və London Birjası fərdiləşdirilmiş Süni İntellekt modelləri hazırlayır
"Microsoft" və London Fond Birjası (LSE) bank təşkilatları üçün fərdiləşdirilmiş generativ süni intellekt (Sİ) modellərini yaratmaq üçün birlikdə işləyirlər.
Valyuta.az xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, bu model kommersiya sirri təşkil edən məlumatların sızması təhlükəsi yaratmadan bu texnologiyanın üstünlüklərindən istifadə etməsinə imkan verəcək.
Söhbət bankların “böyük miqdarda məxfi məlumatlarla işləyərkən və ticarət strategiyaları qurarkən” istifadə edə biləcəkləri “ixtisaslaşdırılmış dil modellərindən” gedir, - nəşr "LSE Group"un icraçı direktoru Devid Şvimmerin sözlərindən sitat gətirir. Maliyyə qurumları, "verilənlərin heç birinin digər sistemlərdə istifadə edilmədiyinə inamı qorumaq üçün" öz "eksklüziv və fərdiləşdirilmiş Sİ modellərini" yaratmaqda maraqlıdırlar.
Şvimmerin sözlərinə görə, inkişaf etdirilən məhsul təhlil məqsədləri üçün "böyük miqdarda LSE məlumatlarını müştəri şirkətinin məlumatları ilə birləşdirəcək". Eyni zamanda, müştərilərə ötürülən fərdi süni intellekt proqramları “bir-biri ilə əlaqə saxlamayacaq”, bu da kommersiya sirri təşkil edən məlumatların “təhlükəsizliyini təmin edəcək”.
"Microsoft" Sİ texnologiyalarını korporativ sektora gətirmək üçün fəal işləyir. İyul ayında Amerika korporasiyası “təqdimatların hazırlanması, sənədlərin yazılması zamanı göstərişlərin alınması, onlayn görüşlərdən avtomatik hesabatların yaradılması və daxil olan e-poçt mesajlarının çeşidlənməsi” üçün istifadə oluna bilən generativ Sİ Copilot-a abunə qiymətini açıqlayıb - ayda 30 dollar. İndi Sİ köməkçisi sınaq mərhələsindən keçir və General Motors və Goodyear artıq ona erkən giriş əldə ediblər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay