2023-cü ilin superavtomobilləri - Pulunuz çatsa, alın!
Superavtomobillər yüksək performans və lüksün qarışığını təklif edir. Onların güclü mühərrikləri, aerodinamik dizaynları və təsir edici interyerləri var. Texnologiya və performansın mükəmməl vəhdəti ilə sürətli, həm də lüks avtomobil həvəskarları üçün unudulmaz təcrübələr təqdim edə biləcək əla modellər mövcuddur.
Valyuta.az 2023-cü ildə ala biləcəyiniz ən yaxşı avtomobillərin siyahısını təqdim edir:
“Ferrari 296 GTB”
Ferrari 296 GTB brendin ən son V6 mühərrikli avtomobilidir. 2,9 litrlik iki turbomühərrikli V6 “812 Superfast”dan daha çox güc istehsal edir və avtomobilin sürətini 2,9 saniyəyə 100 km/saat-a çatdırır.
Qiymət: 322 min dollar
“Lamborghini Aventador SVJ Roadster”
Brendin ən güclü və sürətli yol avtomobilidir. 6,5 litrlik V12 mühərriki 770 at gücündədir və avtomobilin sürətini 2,9 saniyəyə 100 km/saata çatdırır.
Qiymət: 550 min dollar
“McLaren 720S Spider”
Brendin ən uğurlu superkarlarından biri olan “720S”in üstü açıq versiyasıdır. 4,0 litrlik V8 mühərriki 710 at gücündədir. Bu mühərriklə avtomobil saatda 100 km sürəti 2,9 saniyəyə yığır.
Qiymət: 321 min dollar
“Porsche 911 Turbo S Kabriolet”
Markanın ən güclü və sürətli kabrioleti hesab olunur. 3,8 litrlik iki V6 turbomühərriki 650 at gücü hasil edir və saatda 100 km sürəti 2,9 saniyəyə yığmağı bacarır.
Qiymət: 217 min dollar
“Aston Martin DBS Superleggera Volante”
Öz brendinin ən dəbdəbəli və güclü modellərindən biri kimi seçilir. 5,2 litrlik V12 mühərriki 725 at gücündədir. Avtomobil 100 km/saat sürətə 3,4 saniyə ərzində çatır.
Qiymət: 333 min dollar
“Bentley Continental GT Speed Convertible”
6,0 litrlik W12 mühərriki 650 at gücündədir. “Bentley”nin bu modeli 3,8 saniyəyə 100 km/saat sürətə çata bilir.
Qiymət: 302 min dollar
“Rolls-Royce Wraith Convertible”
Bu da öz markasının ən yaxşı və sürətli avtomobillərindəndir. 6,6 litrlik V12 mühərriki 624 at gücü hasil edir və saatda 100 km sürəti 4,4 saniyəyə toplaya bilir.
Qiymət: 311 min dollar
“Mercedes-AMG GT C Roadster”
Markanın ən güclü və performanslı modellərindən biri olan “Mercedes-AMG GT C Roadster” 4,0 litrlik iki V8 turbomühərriki 550 at gücündədir. Bu da avtomobilin 100 km/saat həddinə 3,7 saniyə ərzində çatmasını təmin edir.
Qiymət: 165 min dollar
“BMW M8 Kabriolet”
BMW M8 Kabriolet markanın ən güclü və ən məhsuldar kabrioletidir. 4,4 litrlik iki V8 turbomühərriki 600 at gücü hasil edir. M8 Kabrioleti 3,3 saniyəyə 100 km/saat həddinə çata bilir.
Qiymət: 144 min dollar
“Audi R8 Spider”
Audi R8 Spyder-də olan 5,2 litrlik V10 mühərriki 602 at gücündədir. Bu da avtomobili 3,5 saniyə ərzində 100 km/saat sürətə çatmasına şərait yaradır.
Qiymət: 171 min dollar
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay