“ChatGPT”ni hazırlayan şirkət cərimələndi
Cənubi Koreyanın Şəxsi Məlumatların Qorunması Komissiyası (PIPC) mətn əsaslı süni intellekt tətbiqi “ChatGPT”ni hazırlayan “OpenAI”ni istifadəçilərin şəxsi məlumatlarını ifşa etdiyinə görə cərimələyib.
Valyuta.az xəbər verir ki, “Yonhap”ın hesabatına görə, komissiya “OpenAI”ni mart ayında sistem səhvinə görə “ChatGPT” abunəçilərinin ödəniş məlumatlarının açıqlanndığı üçün doqquzsaatlıq cərimələyib. 687 Cənubi Koreya vətəndaşının məlumatının sızmasından sonra 24 saat ərzində problem barədə məlumat verilmədiyi üçün şirkət komissiya tərəfindən təxminən 3 min dollar cərimələnib.
2022-ci ilin sentyabrında PIPC istifadəçilərin razılığı olmadan onlayn şəkildə onların davranışlarını izlədiklərinə və məlumatlarından məqsədyönlü reklam üçün istifadə etdiklərinə, məxfiliyi pozduqlarına görə, texnologiya nəhəngləri “Google” və “Meta”nı müvafiq olaraq 50 və 22 milyon dollar cərimələyib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay