\"SpaceX\" kommersiya rabitə peykinin buraxılışını bir dəqiqə qalmış təxirə saldı
ABŞ-ın "SpaceX" şirkəti "Jupiter 3" rabitə peyki ilə birlikdə "Falcon Heavy" ağır daşıyıcı aparatının kosmosa buraxılışını bir dəqiqə qalmış ləğv edib.
Valyuta.az xəbər verir ki, bu barədə "SpaceX" məlumat yayıb.
"Falcon Heavy"nin buraxılışı çərşənbə günü yerli vaxtla 23.04-də baş tutmalı idi. Raketin buraxılışı növbəti günə təxirə salınıb. "SpaceX" həm raket daşıyıcısının, həm də rabitə peykinin yaxşı vəziyyətdə olduğunu bildirib.
Məlumata görə, "Jupiter 3" rabitə peyki saniyədə 500 giqabit maksimum ötürməni təmin etmək qabiliyyətinə malikdir.
"SpaceX"in verdiyi məlumata görə, iki yan gücləndirici raket daşıyıcısından ayrıldıqdan sonra Florida ştatındakı Kanaveral burnunda buraxılış sahəsinə enməli olacaq.
Amerikalı sahibkar İlon Maskın "SpaceX" şirkətinin "Starlink" mini peykləri qrupu ilə birlikdə "Falcon 9" daşıyıcısının buraxılışı əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay