"Apple"nin daha bir nadir məhsulu hərraca çıxarıldı
1990-cı illərdə bəzi işçilər üçün hazırlanmış "Apple" loqosu olan bir cüt ayaqqabı "Sotheby's" hərrac evi tərəfindən satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, ayaqqabı hərraca 50 min dollardan başlayan qiymətə çıxarılıb. "Apple"in keçmişdə istehsal etdiyi və ya payladığı suvenirlər illər keçdikcə böyük dəyər qazanır. Pərəstişkarları şirkətin ən son texnologiyaları kimi, keçmiş məhsulları ilə də yaxından maraqlanır.
Şirkətin 1990-cı illərdə bəzi işçiləri üçün hazırladığı və konfransda payladığı ağ idman ayaqqabıları indiyədək heç vaxt satışa çıxarılmamışdı. "Apple"in göy qurşağı rənglərindəki köhnə loqosu olan ayaqqabı indiyə qədər görülmüş ən nadir məhsullardan sayılır.
Hərrac elanında "Omega" şirkətinin istehsal etdiyi bu 41 ölçülü dəri ayaqqabının heç vaxt istifadə olunmadığı və dabanında bir qədər saralma baş verdiyi bildirilir.
Bir neçə həftə əvvəl ilk istehsal olunmuş "iPhone"lardan biri 190 min dollara alıcı tapmışdı. 2015-ci ildə "Apple" həmçinin saat bandı kolleksiyası üçün lüks marka "Hermes"lə əməkdaşlığa başladı. "Apple"in ABŞ-ın Kaliforniya ştatındakı baş ofisində çalışan işçiləri üçün istehsal edilən "Apple Park" gödəkçələri də var.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay