Mask üçüncü dəfə \"Twitter\" loqosunu yenilədi və “bu, hələ son deyil”, dedi
İlon Mask "Twitter" sosial şəbəkəsinin loqosunu dəyişib.
Valyuta.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
İndi yeni loqoda X-in xətləri qalınlaşıb. Eyni zamanda, İlon Mask tezliklə loqonu gələcəkdə yenidən dəyişdirəcəyini açıqlayıb.
"Mən qalın xətləri sevmirəm, ona görə də dəyişiklikləri geri qaytarıram", deyə Mask bildirib. O, sosial şəbəkənin loqosunun zamanla dəyişəcəyini də qeyd edib.
Daha qalın zolaqlı yenilənmiş loqo orijinal dizayndan bir qədər fərqlənir və “Twitter” istifadəçisi Savyer Merrittin təklif etdiyi loqoya daha çox bənzəyir.
İyulun ortalarında Mask “Twitter”in X kimi rebrendinq etdiyini açıqlayıb və kimsə ona “kifayət qədər yaxşı” loqo göstərsə, ertəsi gün sosial şəbəkənin adını dəyişəcəyini bildirib. Mask daha sonra Merrittdən orijinal X loqosunun videosunu ehtiva edən tvitini bağlayıb.
Mask dəfələrlə bunun ara dizayn olduğunu bildirib. İş adamının loqonun son dizaynına nə vaxt qərar verəcəyi məlum deyil. X hərfi artıq sosial şəbəkənin veb versiyasında peyda olub, lakin Maskın qurtulacağına söz verdiyi mavi quş hələ də Android və iOS üçün "Twitter" proqramlarının loqolarında qalır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay