"Apple" "iPhone" modellərinin qiymətlərini qaldıracaq
"Apple" şirkəti özünün flaqman "iPhone 15 Pro" smartfonlarının qiymətini artırmaq niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, "iPhone 15 Pro" və "iPone 15 Pro Max" öz sələflərindən - "iPhone 14 Pro" və "iPhone 14 Pro Max"dan baha olacaq. Beləliklə, "Apple" smartfonlara tələbatın gözlənilən azalması fonunda gəlirlərini artırmaq istəyir.
Bundan əlavə, "Apple" 2023-cü ilin sonuna qədər tədarükçülərdən keçən il sifariş edilən 90 milyon "iPhone 14"dən daha az - 85 milyon "iPhone 15" tədarük etməyi planlaşdırır. Smartfonların qiymətinin qalxması şirkətə hətta tələbin aşağı düşməsi zamanı da gəlirlərini artırmağa imkan verəcək.
"Bloomberg"in məlumatına görə, şirkətin planları yekun deyil və "Apple" yalnız qiymətləri artırmaq imkanlarını nəzərdən keçirir.
Əsas "iPhone 15" və "iPone 15 Plus"ın qiyməti dəyişməyəcək və müvafiq olaraq 799 və 899 dollar olacaq, lakin hətta flaqman modellərinin təxmini qiyməti də naməlum olaraq qalır.
Sentyabrda "iPhone 15" smartfonun təqdimatı gözlənilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay