Ronaldo İnstaqramı "partlatdı"
Kriştiano Ronaldo sponsorluq postuna görə 1,87 milyon funt sterlinq qazanaraq İnstaqramda birinci olub.
Valyuta.az xəbər verir ki, sözügedən sosial media platforması dünyanın ən məşhur ulduzları arasında rəqabəti növbəti dəfə qızışdırıb. Futbol dünyasının məşhur siması amerikalı model Kayl Cenneri geridə qoyub.
Karyerasını Səudiyyə Ərəbistanında davam etdirən Ronaldo sponsorlu paylaşımlar vasitəsilə əldə etdiyi gəlirlə İnstaqramda birinci olub. Hazırkı məlumatlara əsasən, hər sponsor postuna görə futbolçu 1,87 milyon funt-sterlinq qazanır. Daha əvvəl İnstaqramda ən çox qazanan Kayl 1,47 milyon funt-sterlinq qazancla ikinci yerə düşüb.
Beş uşaq atası olan 38 yaşlı Ronaldo hazırda sosial media hesabında idman saytı, sağlamlıq brendi və kriptovalyuta mübadiləsini təbliğ edir. Onun İnstaqramda 597 milyon izləyicisi var və bu sahədə birinci yerdədir. 25 yaşlı Cennerin izləyici sayı isə 397 milyon nəfərdir.
"The Sun"un "Instagram Riches" (İnstaqram zənginləri) adlı siyahısında üçüncü yeri sponsorluq postuna görə 1,38 milyon-funt sterlinq qazanan 36 yaşlı futbolçu Lionel Messi tutur. Dördüncü pillənin sahibi 30 yaşlı müğənni Selena Qomezdir. İlk "beşliy"i isə 51 yaşlı aktyor Dvayn Conson tamamlayır.
İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan "The Sun"u hazırladığı siyahı belədir...
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay