Norveçdə “Facebook” və “Instagram”da hədəflənmiş reklamlar qadağan ediləcək
Norveçdə “Facebook” və “Instagram” sosial şəbəkələrində istifadəçilərə ünvanlı reklam göndərmək üçün onları onlayn izləmək müvəqqəti olaraq qadağan ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Norveçin məlumatların mühafizəsi orqanı "Facebook" və "Instagram"ın əsas şirkəti olan ABŞ texnoloji firması "Meta"ya istifadəçilərə onlayn fəaliyyətləri və təxmini yerləri əsasında fərdiləşdirilmiş reklamlar göstərməyi qadağan edib.
"Politico" tərəfindən görülən 14 iyul "Meta" qərarına əsasən, qadağa avqustun 4-dən qüvvəyə minəcək. Məqsədli reklamla bağlı müvafiq məhdudiyyət üç ay davam edəcək.
“Facebook” və “Instagram” istifadəçilərin özləri tərəfindən “Haqqında” bölməsinə daxil edilmiş məlumatlar əsasında insanlara fərdiləşdirilmiş reklamlar göstərə biləcəklər.
"Meta" Norveç hakimiyyətinin qərarını pozarsa, gündəlik 1 milyon Norveç kronu (təxminən 90 min avro) məbləğində cərimə ödəyəcək.
Sənəddə deyilir ki, "Meta" şəxsi məlumatları qanuni şəkildə emal etmək və istifadəçilərə izləmə əsasında hədəflənmiş reklamdan imtina etmək hüququ verərsə, müvəqqəti qadağa ləğv edilə bilər.
Qadağa Avropa Ədalət Məhkəməsinin iyulun 4-də "Meta"nın məqsədyönlü reklamlar göstərmək üçün qeyri-qanuni olaraq insanların məlumatlarını topladığına dair qərarından sonra verilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay