Texno
17.07.2023 / 16:13
Qutusu açılmamış ilk “iPhone” rekord qiymətə satıldı
30440
Qutusundan heç vaxt çıxmayan, hətta jelatini belə çıxarılmayan 2007-ci ilin istehsalı olan “iPhone” hərracda rekord qiymətə satılıb.
Valyuta.az xəbər verir ki, sözügedən smartfon indiyə qədər görülən ən yüksək qiymətə öz alıcısını tapıb. “LCG Auction” tərəfindən hərraca çıxarılan bu model 158 644 dollar qiymətlə yeni sahibinə keçib.
Buna qədər ən yüksək qiymətlər 63 356 və 54 904 dollar idi. Sözügedən modelin satışı isə rekord qiymətə reallaşıb.
Digər tərəfdən qeyd olunub ki, həmin “iPhone” bu gün istifadə oluna bilməyəcək qədər köhnədir və hərracın qalibi tərəfindən kolleksiya məqsədilə alınıb.
Elmir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay