Süni intellekt qocalmanın qarşısını alan molekullar kəşf edib
Yaşlanma ilə bağlı tədqiqatlara yönəlmiş biotexnologiya şirkəti olan "Integrated Biosciences" tərəfindən aparılan əsaslı araşdırma, yeni senolitik birləşmələrin kəşfində süni intellektin fövqəladə potensialını nümayiş etdirdi .
Valyuta.az xarici KİV-ə istinadən xəbər verir ki, təcrübələr indiyə qədər qocalma əleyhinə ən təsirli molekulu kəşf edib. "Senolitiklər" adı verilən bu molekullar iltihab, fibroz və xərçəng kimi yaşla bağlı prosesləri yavaşlatmaq xüsusiyyətinə malikdir. Bunlar qocalmış hüceyrələri öldürməklə işləyir.
Metabolik aktivliyə malik olan, lakin artıq çoxala bilməyən bu hüceyrələrə “zombi hüceyrələri” də deyilir. Yaşlı hüceyrələr qonşu hüceyrələrə yayıla bilən iltihablı zülallar ifraz edirlər . Yaşlanan hüceyrələrin sayının artması ikinci dərəcəli diabet, Covid-19, ağciyər fibrozu, osteoartrit və xərçəng də daxil olmaqla bir sıra xəstəliklərlə əlaqələndirilir. Laboratoriyada siçanlar üzərində aparılan təcrübələr göstərir ki, qocalmış hüceyrələri çıxaran senolitiklər bu xəstəlikləri müalicə edə bilər. Bu dərmanlar "zombi hüceyrələri"ni öldürərək sağlam olanları canlı saxlaya bilir. Buna görə də tədqiqatçılar yeni və effektiv sinositləri tapmaq məqsədilə 800.000-dən çox birləşməni yoxlamaq üçün süni intellekt texnologiyasından istifadə ediblər. Nəticədə üç təsirli "namizəd" müəyyən olunub. Onlardan biri mövcud senolitiklərlə müqayisədə qocalma əleyhinə üstün xüsusiyyətlər nümayiş etdirir.
Məlumdur ki, hazırda 80-ə yaxın senolitik var. Bununla belə, insanlar üzərində onlardan yalnız ikisi sınaqdan keçirilib: "Dasatinib" və "Quercetin". Alimlər müxtəlif xəstəliklərdə istifadə oluna bilən daha çox senolitiklər tapmaq istəyirlər. Amma bir dərmanın bazara çıxması üçün ən azı 10-20 il və milyardlarla dollar pul lazımdır. Yeni dərmanların tapılması prosesi bahalı və vaxt aparan bir işdir. Yenə də maşın öyrənmə sistemlərinin bu prosesi xeyli sürətləndirə və xərcləri kəskin şəkildə azalda biləcəyinə böyük ümidlər yaradır. "Integrated Biosciences" tədqiqatçıları süni intellekt sistemi tərəfindən senolitik maddə olduğu düşünülən 21 molekul müəyyən ediblər. Bu molekullar cəmi 4340 kimyəvi maddə arasından seçilib. Tədqiqatçıların fikrincə, onları laboratoriyada bir-bir sınaqdan keçirmək üçün ən azı bir neçə həftə ağır iş və 64.000 dollar pul lazım olacaq. Nəticələr göstərib ki, bu birləşmələrdən üçü ("periplosin", "oleandrin" və "ginkgetin") əksər normal hüceyrələri canlı saxlayaraq qocalmış hüceyrələri məhv edə bilir. Daha ətraflı bioloji təcrübələr də "oleandrin" molekulunun ən məşhur senolitik dərmandan daha təsirli olduğunu ortaya qoyub.
Tədqiqatçılar hazırda bu üç namizədi insanın ağciyər toxumasında sınaqdan keçirirlər. Onlar ümid edirlər ki, yeni təcrübənin nəticələri iki il ərzində əldə olunacaq.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay