Mask süni intellektin inkişafı üçün yeni xAI startapını işə saldı - ChatGPT-yə rəqib gəlir
"Tesla" və "SpaceX"in baş direktoru İlon Mask ABŞ-ın ən böyük texnologiya şirkətlərindən mühəndisləri işə götürüb. Komanda "OpenAI"dən ChatGPT rəqibi yaratmağı hədəfləyəcək. Bununla belə, Maskın "Twitter"də qeyd etdiyi kimi, xAI-nin məqsədi milyarder nöqteyi-nəzərindən də olsa, daha təhlükəsiz süni intellekt yaratmaq olacaq.
Valyuta.az xəbər verir ki, onun sözlərinə görə, startap gələcək süni intellektində əxlaqı proqramlaşdırmaq əvəzinə, “ən maraqlı” süni intellekt istehsalı ilə məşğul olacaq.
“Əgər o, kainatın əsl mahiyyətini anlamağa çalışarsa, bu, Sİ təhlükəsizliyi baxımından ağlıma gələn ən yaxşı şey olardı. Düşünürəm ki, o, bəşəriyyətin qeyri-insanilikdən daha maraqlı olduğu nöqteyi-nəzərindən bəşəriyyəti müdafiə edəcək”, - Mask bildirib.
Milyarder həmçinin beş-altı il ərzində super intellektli süni intellektin hazırlanacağını proqnozlaşdırıb. Və bu süni intellekt insan qabiliyyətlərini üstələyəcək.
xAI komandasına "Google"da keçmiş "DeepMind" mühəndisi İqor Babuşkin, "Google"da işləyən Toni Vu, eyni zamanda "Google"un əməkdaşı olan Kristian Szegedi və "Microsoft"dan Greg Yang daxildir. Komandanın məsləhətçisi süni intellektdən gələn riskləri müəyyən etməklə məşğul olan Sİ Təhlükəsizlik Mərkəzinin direktoru Dan Hendrix olacaq.
İndi xAI fəal şəkildə mütəxəssislər axtarır. Komanda artıq Mask imperiyasındakı digər şirkətlərlə, o cümlədən "Tesla" və "Twitter" ilə ortaq olmağa çalışdığını açıqlayıb. Startap sosial şəbəkədə "Spaces" tədbirini də elan edib. Tədbir sabah, iyulun 14-də baş tutacaq.
Xatırladaq ki, Mask "OpenAI"ın yaradıcılarından biri olub, lakin 2018-ci ildə direktorlar şurasından istefa verib. Milyarder dəfələrlə süni intellektin inkişafının dayandırılmasının və bu sahənin tənzimlənməsinin vacibliyini bildirib. Aprel ayında isə o, kainatın təbiətini anlamağa çalışacaq təhlükəsiz süni intellekt kompanyonu olan "TruthGPT" yaratmaq arzusunu açıqlayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay