“Threads” iki il ərzində Zukerberqə ildə 8 milyard dollar qazandıra bilər
“Threads” sosial şəbəkəsi ana şirkəti Meta-ya "ciddi pul" gətirə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" Evercore ISI-yə istinadən məlumat yayıb.
Analitiklərin hesablamalarına görə, “Threads” gündəlik təxminən 200 milyon aktiv istifadəçiyə çatacaq və növbəti iki il ərzində illik təxminən 8 milyard dollar gəlir əldə edəcək.
Yeni sosial şəbəkə istifadəyə verildikdən bir neçə gün sonra üzvlərinin sayı 100 milyonu ötüb.
Eyni zamanda onun yaradıcısı Mark Zükerberq iddia edir ki, şirkət yalnız istifadəçilərin sayı milyarda çatdıqdan sonra monetizasiya haqqında düşünəcək.
"Bloomberg" tərəfindən tərtib edilən məlumatlara görə, “Threads”in gətirəcəyi pul analitiklərin 2025-ci maliyyə ilində Meta-dan gözlədiyi 156 milyard dollar illik gəlirin yalnız kiçik bir hissəsi olacaq. Bununla belə, bu, "Twitter"in ictimai bir şirkət olaraq son tam ildə qazandığı məbləğdən 5,1 milyard dollar çoxdur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay