“Threads” “Twitter”ə rəqib ola biləcək? (ŞƏRH)
“Meta" şirkətinin sosial şəbəkə sahəsində təcrübəsi artıqlaması ilə çoxdur. Buna görə də inanmıram ki, “Threads” “Twitter”in kopyası və rəqibi olacaq”.
Bu sözləri Valyuta.az-a İT mütəxəssisi Vahid Qasımov “Meta" şirkətinin yaratdığı yeni sosial platforma “Threads” “Twitter”ə rəqim ola bilərmi” sualına cavab verərkən deyib.
Vahid Qasımov bildirib ki, “Twitter”in özü qeyri-adi, olduqca spesifik bir layihədir. Ekspert bildirir ki, bənzər layihələrin sonradan açılması nümunələrini daha öncə də görmüşük:
“Məsələn, “Facebook”a "rəqib" olan “Google+” layihəsi kimi. Təcrübə göstərdi ki, “Google” kimi nəhəng bir şirkətin, əlində bir neçə milyardlıq auditoriyası ola-ola yeni layihəsindən gözlədiyi performansı ala bilmədi və nəyinki “Facebook”a rəqib ola bilmədi, ümumiyyətlə layihəni bağladı".
Vahid Qasımov bildirib ki, eyni dizaynda və məntiqdə başlayan layihələr axırda tamamilə fərqli istiqamətlərdə inkişaf edir:
“Biz bunu "Facebook" və onun klonu olan "VKontakte" timsalında da gördük. Ona görə də deyə bilərəm ki, bu yeni bir layihədir. Uğurlu olub-olmayacağını zaman göstərəcək”.
Qeyd edək ki, ABŞ-ın "Meta" şirkəti "Twitter" sosial şəbəkəsinin analoqu hesab edilə biləcək "Threads" tətbiqini istifadəyə verib. Şirkətin rəhbəri Mark Zukerberqin sözlərinə görə, tətbiqdə ilk yeddi saat ərzində on milyon istifadəçi qeydiyyatdan keçib.
"Instagram" platformasının nəzdində yaradılan "Threads" istifadəçilərə 500-ə qədər simvol göndərməyə imkan verir və "Twitter"ə bənzər bir çox xüsusiyyətlərə malik olacaq.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay