"Threads"da narazılıq doğuran məxfilik siyasəti: "Instagram" hesabınız silinməlidir
"Facebook"un sahibi "Meta" şirkəti "Twitter"ə rəqib olaraq inkişaf etdirdiyi "Threads" platformasını istifadəçilərin sərəncamına verib.
Valyuta.az xəbər verir ki, bununla belə, qeydiyyatdan keçdikdən sonra hesablarını bağlamaq istəyən bəzi istifadəçilər böyük problemlə üzləşiblər. Bəs, "Threads" hesabını necə silmək olar?
Platformaya üzv olmaq üçün Instaqram hesabı ilə qeydiyyatdan keçməlisiniz. Ancaq, "Threads"dakı hesabınızı silmək istəyirsinizsə, bu zaman Instagram profilinizi də bağlamalı olacaqsınız. Bu barədə "Meta"nın əlavə məxfilik siyasətində məlumat yerləşdirilib: "İstədiyiniz zaman "Threads" profilinizi deaktiv edə bilərsiniz. Lakin profiliniz yalnız Instaqram hesabınızı ləğv etməklə tamamilə silinə bilər".
"Meta" istifadəçilərin "Threads" profillərinin onların Instaqram hesablarının bir hissəsi olduğunu bildirib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay