"Meta" "Threads"ı işə salır: bazarda "Twitter"ə yeni rəqib gəldi
Meta "Twitter"ə rəqib olacaq Instagram "Threads"ı işə salıb, proqram artıq "Google Play" və "App Store"da mövcuddur.
Valyuta.az "Meta"ya istinadla xəbər verir ki, "Threads" "Instagram" komandasının mətn mesajları üçün üzərində işlədiyi yeni proqramdır. İnterfeys özü bir qədər "Twitter"i xatırladır.
Bu gündən etibarən "Threads" proqramı 100-dən çox ölkədə "Apple App Store" və "Google Play Store"dan proqramı yükləyə bilən iOS və "Android" istifadəçiləri üçün əlçatandır.
"Threads"də istifadəçilər öz Instagram hesabları ilə daxil ola və 5 dəqiqəyə qədər olan linklərdən, fotoşəkillərdən və videolardan istifadə edərək 500-ə qədər simvol yerləşdirə bilərlər.
Ümumiyyətlə, "Threads" "Twitter"ə çox bənzəyir, çünki istifadəçilər həm fərdi yazılar yaza, həm də bir mövzu ilə birləşdirilən bir sıra mesajlar yarada bilərlər.
Bundan əlavə, siz "Threads"da öz yazılarınızın məxfiliyini elə təyin edə bilərsiniz ki, yalnız izlədiyiniz insanlar, qeyd olunan profillər və ya istənilən istifadəçi onlara cavab verə bilsin.
Xidmət tərəfindən şəxsi məlumatların istifadəsi ilə bağlı tənzimləyici qeyri-müəyyənlik səbəbindən proqram hazırda Aİ üzv dövlətlərində mövcud deyil.
"Facebook"un ana şirkəti "Meta", "Twitter" ilə rəqabət aparmaq üçün cümə axşamı günü bu yeni tətbiqini təqdim edəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay