BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
29984

Avstraliyanın Sidney şəhərində yerləşən ofis avadanlığı şirkəti "Facilitate Corporation" sosial media platforması "Twitter"i 1 milyon dollardan çox borcunu ödəməməsi iddiası ilə məhkəməyə verib. 

Valyuta.az xəbər verir ki, İlon Maskın satın aldığı "Twitter", son vaxtlar ödənilməmiş borcları ilə gündəm olmağa başlayıb. "Facilitate Corporation" İlon Maskın 2022-ci ilin oktyabrında sosial şəbəkəni satın aldıqdan sonra bir çox müqavilələri ləğv etdiyini və borclarını ödəmədiyini deyib.

2015-ci ildən bəri "Twitter"in ABŞ-dan kənar ofislərinin aparat ehtiyaclarını qarşılayan şirkət, 2022 və 2023-cü ilin əvvəlindən sosial şəbəkənin London, Dublin və Sinqapurda yerləşən ofislərinə bir milyon dollardan çox dəyərində texniki dəstək verdiyini və bu müddətdə borcların ödənilmədiyini açıqlayıb. Sidneydə yerləşən şirkət tərəfindən ABŞ-ın Kaliforniya Federal Məhkəməsində irəli sürülən iddiada Tvitterin borclarının kompensasiya və faizlə ödəməyə məcbur edilməsi tələb olunur.

Həmçinin "Twitter"in xərcləri azaltmaq üçün bağlandığı Sidneydəki ofisinin 60 min dollardan çox ödənilməmiş borc olduğu qeyd edilib.

"Facilitate Corporation" "Twitter"in borcla bağlı etiraz etmədiyini və indiyə qədər ödənilməməsi üçün səbəb göstərmədiyini bildirib.

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu sahədə işləyənlər daha çox əmək haqqı alır - SİYAHI

Ötən ay xaricdən 5 milyon dollarlıq düyü alınıb

Tarixdə iz buraxmış maliyyə “oyunları” - Fırıldaqların fəsadları

Əhalinin bir nəfəri ayda 480 manat pul xərcləyir

Sürücülük vəsiqəsinin müddəti hərbi xidmətə getməyə təsir edirmi? - RƏSMİ AÇIQLAMA

Bu hallarda əməkhaqqından tutulmalar ola bilər

2024-cü ilin ən pis aviaşirkətləri açıqlandı

Ölkəyə gətirilən maşınlar aksizdən azad oluna bilər? - Alıcıları çətinliyə salan məsələ

İşçilərə bu hallarda fasilələr verilir

Metallurgiya sənayesində 1,2 milyard manatlıq məhsul istehsal edilib

Rusiyada ən çox maaş alan miqrantlar

Sosial yardımı hansı müddətə ala bilərsiniz? - CAVAB

"Palantir" 2025-ci ilin ən yaxşı süni intellekt (AI) səhmi ola bilərmi?

Türkiyədən geyim alışında 15 milyon dollardan çox azalma

Ticarətin qaydaları - Qanun nə deyir?

Sələmi xatırladan kreditlərə son - "Kredit sisteminə nizam-intizam gələcək"

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Dünyanın ən populyar 5 kitabı

11 ayda dərmana 1,1 milyard manat xərclənib

Farş adı ilə hansı növ ətləri yeyirik? - Adı ət olsa da...

İran pulunu dəyişir

Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

"Allah canınızı sağ eləsin. Mənə suallar verməyin" - Zaur Hüseynov

Azərbaycanda cəzaçəkmə müəssisələrində ali təhsil veriləcək

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

Baffetdən fürsət alımları: 3 gündə 3 şirkətin 560 milyonluq səhmini aldı

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

XRP 2025-ci ildə tarix yazacaq - Bitstamp

Bu rayona yeni polis rəisi təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin