Kosmosa yeni teleskop buraxıldı - Sirli səma bölgələrini araşdıracaq
Kainatın böyük bir hissəsini tutduğu güman edilən, lakin birbaşa görünməyən qaranlıq maddə və qaranlıq enerjini araşdırmaq üçün yeni teleskop hazırlanıb.
Valyuta.az xəbər verir ki, Avropa Kosmik Agentliyi (ESA) tərəfindən hazırlanan "Evklid" teleskopu ABŞ-ın Florida ştatından İlon Maska məxsus "SpaceX" raketi ilə kosmosa göndərilib. Görünən ulduz və qalaktikaların kainatın ümumi maddə və enerjisinin beş faizindən azını təşkil etdiyini vurğulayan ESA-dan verilən açıqlamada, “Bu təbəqənin altında kölgəli hissəciklər və naməlum enerji sahələrindən ibarət sirli bir səma bölgəsi var” - ifadələrdən istifadə edilib.
Bundan başqa "Evklid"in qaranlıq maddə və qaranlıq enerji adlanan bu sirli səma bölgəsini təşkil edən komponentləri araşdıraraq kainatın üçölçülü xəritəsini yaradacağı bildirilib. "Evklid"in Yerdəki stansiyaya göndərəcəyi məlumatların 300-dən çox institutun 2000-dən çox alimi tərəfindən təhlil ediləcəyi vurğulanıb.
Almaniyanın Darmstadt şəhərində yerləşən ESA-nın Avropa Kosmik Əməliyyatlar Mərkəzi (ESOC) raketdən buraxıldıqdan və ayrıldıqdan sonra Avstraliyadakı New Norciya yer stansiyası vasitəsilə "Evklid"dən siqnal aldığını təsdiqləyib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay