Apple “ağıllı ev” üçün transformer-monitor hazırladı
Amerikanın “Apple” şirkəti gözləmə rejimində “ağıllı ev” ekranına çevrilmə funksiyasına malik yeni monitor üzərində işləyir.
Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg”in jurnalisti və insayder Mark Qurman "Power On" poçt siyahısında məlumat verib.
“Displey iPhone-da istifadə olunan şirkətin öz prosessoru əsasında qurulacaq”, - o bildirib. İnsayderin sözlərinə görə, "Apple" həmçinin "Pro Display XDR" və "Apple Studio Display"in birbaşa varisləri olacaq digər monitor variantları üzərində də işləyir.
Jurnalist əlavə edib ki, prosessor quraşdırmaq qərarı məntiqlidir, çünki "Studio Display Apple A13" çipi əsasında kamera və dinamik sisteminin "Center Stage" və "Spatial Audio" funksiyaları ilə işləməsinə cavabdehdir.
Güman edilir ki, enerjiyə qənaət rejimində yeni ev monitoru müxtəlif məlumatları, o cümlədən biznes xatırlatmaları, mesaj bildirişləri, hava, təqvim və s. göstərə biləcək.
Oxşar funksionallıq iOS 17 quraşdırıldıqdan sonra "iPhone" smartfonlarında da peyda olacaq. Qurmanın sözlərinə görə, yeni monitorun istifadəçi interfeysi nümunə kimi "iPhone"dan istifadə etməklə WWDC zamanı təqdimatda nümayiş etdirilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay