Texno
03.07.2023 / 10:22
Dünyada ilk dəfə: "Apple"in kapitallaşması 3 trilyon dolları ötdü
29908
"Apple" dünyada bazar dəyəri 3 trilyon dolları keçən ilk açıq şirkət olub.
Qaynarinfo NV-yə istinadla xəbər verir ki, cümə günü, iyunun 30-da şirkətin ticarət kapitallaşması bazarın bağlanışında 2,3% artaraq 3,05 trilyon dollar təşkil edib.
"Apple"ın bazar dəyəri 2023-cü il yanvarın 3-də ticarət zamanı bir dəfə 3 trilyon dollara yüksəlmişdi, lakin həmin gün bu səviyyəni saxlaya bilmədi və sessiyanın sonuna qədər aşağı düşdü.
Şirkət 2020-ci ildə 2 trilyon dollar, 2018-ci ildə isə 1 trilyon dolları keçib.
2023-cü ilin əvvəlindən şirkətin səhmləri demək olar ki, 50% bahalaşıb.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay