Texno
27.06.2023 / 10:14
“WhatsApp” işlədənlər üçün çox vacib yenilik (FOTO)
29822
Artıq “WhatsApp” mesencerində çatlarda mesajları sancaqlamaq mümkün olacaq.
Valyuta.az oxu.az-a istinadən xəbər verir ki, müvafiq funksiya “Android” üçün mesencerin beta versiyasında 2.23.13.11 nömrəsi altında işə salınacaq.
Artıq administrator istənilən mesajı çatın yuxarı hissəsinə sancaqlaya biləcək. Bununla da bütün üzvlər vacib məlumatlardan xəbərdar olacaqlar.
İstifadəçi mesajın nə qədər orada qalacağını da seçə biləcək - bir gün, bir həftə və ya bir ay. Bu müddətdən sonra post avtomatik olaraq çıxacaq.
Bundan əlavə, administrator istənilən vaxt mesajı müstəqil şəkildə ləğv edə bilər.
Müvəqqəti sancma funksiyası inkişaf mərhələsindədir və hələ geniş istifadəçilər üçün əlçatan deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay