\"Apple\" \"alma\"dan istifadə edən bütün şirkətləri məhkəməyə verəcək
"Apple" şirkəti İsveçrə Meyvə Assosiasiyasını məhkəməyə verib
Valyuta.az xəbər verir ki, "Apple" dişlənmiş alma loqosuna çox qoruyucu münasibət bəsləyir. Ancaq texnologiya nəhəngi bəzən bu münasibəti şişirdir və kəskin reaksiya göstərir. "Apple", indi də belə loqosu olan bütün şirkətləri məhkəməyə verməyə başlayıb.
2011-ci ildə 100 illik yubileyi üçün loqosunu yenidən dizayn edən İsveçrə Meyvə Assosiasiyası "Apple" tərəfindən məhkəməyə verilib və loqonun dəyişdirilməsi tələb edilib. İsveçrə Meyvə Assosiasiyası isə alma simvolunun universal olduğunu və hər kəsin istifadə edə biləcəyini bildirir.
Hələlik "Apple" rəsmi cavab almasa da, şirkətin loqosunda yer alan almanın lisenziyalarını satmaq istədiyi iddia edilir. 2020-ci ildə "Apple" eyni əsaslarla Kanadanın "Prepear" şirkətini məhkəməyə vermişdi. "Apple" həmin şirkətin loqosundakı armud şəklinin çaşqınlıq yaradacağını düşünərək, işi hüquqi müstəviyə qədər daşımışdı.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay