"Youtube" istifadəçiləri üçün pul qazanmaq şərtlərini sadələşdirdi
Məzmun yaradıcılarının oyunlardan tutmuş dünya turlarına qədər ağlınıza gələ biləcək hər cür məzmunu hazırladığı "Youtube", tərəfdaş proqramı çərçivəsində pul qazanmaq üçün şərtləri yaxşılaşdırıb.
Valyuta.az xəbər verir ki, video portalda məzmun yaradıcısı olmaq istəyənlərin səbirsizliklə gözlədiyi təkmilləşdirmə həyata keçirilib. Məsələn tələb olunan abunə sayı, baxış saatı və sair kimi rəqəmlər bir qədər azaldılıb.
Köhnə şərtlər nədən ibarət idi?
"Youtube" partnyor proqramı çərçivəsində pul qazana bilmək üçün yerinə yetirməli olduğunuz köhnə şərtlərə əsasən ən azı 1000 abunəçi, İl ərzində 4000 saat baxış və ya son 90 gündə 10 milyon qısametrajlı izlənmə tələb olunurdu.
Ancaq yeni şərtlərə əsasən bu rəqəmlərdə dəyişiklik edilib. "Techcrunch"da yer alan xəbərə görə, bunun üçün 500 abunəçi kifayət edəcək. Bununla yanaşı son 90 gündə 3 ictimai yükləmə həyata keçirilməli, il ərzində 3000 saat və ya son 90 gündə 3 milyon "Shorts" baxışı olmalıdır.
Yaradıcılar yeni tələblərə cavab verərsə, onlar "Youtube Partnyor" proqramı üçün müraciət edə, həmçinin "Super Təşəkkür", "Super Çat" və "Super Teqlər", kanal üzvlükləri kimi abunə alətləri və məhsullarını "Youtube" vasitəsilə tanıtmaq imkanı qazanacaqlar.
"Youtube"un bu təkminləşdirilməsi hazırda ABŞ, Böyük Britaniya, Kanada, Tayvan və Cənubi Koreyada istifadəçilər üçün əlçatandır. Növbəti dövrdə bu şərtlərin digər ölkələrdə də dəyişəcəyi gözlənilir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay