Ən böyük Yapon çip istehsalçısı zavod tikmək üçün boş ərazi tapa bilmir
Dünyanın ən böyük çip istehsalçısı Tayvanın TSMC şirkəti Yaponiyanın cənub-qərbində ikinci zavod üçün yer seçərkən problemlə üzləşib - regionda boş torpaq çatışmazlığı var.
Valyuta.az xəbər verir ki, bu barədə Nikkei yazır.
TSMC sədri Mark Liu illik səhmdar yığıncağından sonra jurnalistlərə bildirib ki, iqtisadi baxımdan Kumamoto Yaponiyada ikinci zavod üçün ən yaxşı yer olacaq.
Analitiklər deyirlər ki, başqa bir TSMC müəssisəsi ABŞ-dakı Silikon Vadisi kimi "Silikon Adası" olmağa can atan Yaponiyanın Kumamoto prefekturasında yarımkeçirici sənayesinin mövcudluğunu genişləndirəcək.
Bununla belə, yerləşdirmə üçün torpaq sahəsinin ayrılmasının çətin məsələ olduğu ortaya çıxıb, agentlik bildirir. Yaponiya qanunları meşələrə yaxın ərazilərdə sənayeni məhdudlaşdırır və həmçinin kənd təsərrüfatı üçün ayrılmış torpaqların başqa profildə istifadəsini qadağan edir. Kumamoto kənd təsərrüfatı torpaqlarının miqdarına görə Yaponiyanın ən yaxşı bölgələrindən biridir.
Hazırda yerli hakimiyyət orqanları prefekturada fabriklərin tikintisi prosesini sadələşdirmək üçün kifayət qədər torpaq sahəsinin ayrılması və qanunvericilik üzərində işləyir.
Sənaye sahələrini seçərkən müxtəlif amillər, o cümlədən magistral yollara çıxış, su təchizatı və işçilərin yaşaması üçün yaşayış məntəqələri nəzərə alınır. Eyni zamanda, Yapon çip tədarükçüsü Sumco artıq Kumamotodan kənarda potensial bir sahə seçib, dəyişiklikləri gözləməməyə qərar verib.
2021-ci ilin oktyabrında Yaponiyanın Sony və TSMC şirkəti Yaponiyanın qərbində birgə fabrik tikmək barədə razılığa gəliblər. Zavodun 2024-cü ilə qədər istifadəyə verilməsi planlaşdırılır. İlkin mərhələdə fabrik kameralar və smartfonlar üçün sensorlar istehsal edə biləcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay