BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
29187

Salatlarınızın və hətta yeməklərinizin bir gün robot aşpaz tərəfindən hazırlana biləcəyini düşünmüsünüz?

Valyuta.az xəbər verir ki, hələlik əlçatmaz kimi görünsə də bunun yaxın gələcəkdə mümkün olacağı istisna deyil. "IEEE Access"də nəşr olunan Kembric Universitetinin yeni araşdırmasında süni intellektin (AI) insan aşpazların videolarına baxaraq yeni reseptləri müəyyənləşdirmək və öyrənməyə imkanı verdiyi bildirilir. Tədqiqatçılar robot aşpazın müşahidə yolu ilə insanlar kimi reseptləri öyrənə biləcəyini bildirirlər: "Robot aşpazı həyata keçirmək mürəkkəb bir işdir. Ondan manipulyasiya, hissetmə, əks əlaqə, qərarvermə və qavrayış kimi texnikalarda bacarıqlılıq tələb olunur".

Kembric Universitetinin komandası "Openpose" və YOLO adlı obyekt aşkarlayan süni intellektin və şəkilləri real vaxt rejimində bir anda emal edən süni neyron şəbəkəsindən yararlandığını bildirir. YOLO səkkiz il əvvəl təqdim edilmiş açıq mənbəli proqramdır. YOLO-nun əsas modeli saniyədə 45 kadr sürətlə obyekt aşkarlamağa qadirdir. Komanda diqqəti salatlara yönəltmək qərarına gəlib, çünki bir çox inqrediyentlər YOLO alqoritmləri ilə müəyyən edilə bilər və bu tip yeməklərin avtomatlaşdırılması nisbətən sadədir. 

Universitetin komandası beş inqrediyentdən - portağal, banan, brokoli, yerkökü və almadan ibarət səkkiz salat resepti hazırlayan insanların videolarını yaradıb. Robot aşpaz öz kamerası ilə insanların reseptlər nümayiş etdirdiyi bu videolara baxır. Süni intellektin görmə qabiliyyəti qablar və inqrediyentlər kimi obyektləri, habelə insan aşpazlarının hərəkətlərini müəyyənləşdirmək üçün video nümayişin kadrlarını təhlil edir. Robot sağ əl və obyektlər arasındakı əlaqəni təhlil edərək, hansı obyektlərin istifadə olunduğunu və insanların hərəkətlərini öyrənir.

Süni intellekt insan aşpazların iştirakı ilə hazırlanan 16 video izləyib. Tədqiqatçıların bildirdiyinə görə, robot nümayişlərin 93%-də məlum reseptləri düzgün tanıyıb və neyron şəbəkələrdən istifadə edərək yeni reseptləri uğurla öyrənir.

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu sahədə işləyənlər daha çox əmək haqqı alır - SİYAHI

Ötən ay xaricdən 5 milyon dollarlıq düyü alınıb

Tarixdə iz buraxmış maliyyə “oyunları” - Fırıldaqların fəsadları

Əhalinin bir nəfəri ayda 480 manat pul xərcləyir

Sürücülük vəsiqəsinin müddəti hərbi xidmətə getməyə təsir edirmi? - RƏSMİ AÇIQLAMA

Bu hallarda əməkhaqqından tutulmalar ola bilər

2024-cü ilin ən pis aviaşirkətləri açıqlandı

Ölkəyə gətirilən maşınlar aksizdən azad oluna bilər? - Alıcıları çətinliyə salan məsələ

İşçilərə bu hallarda fasilələr verilir

Metallurgiya sənayesində 1,2 milyard manatlıq məhsul istehsal edilib

Rusiyada ən çox maaş alan miqrantlar

Sosial yardımı hansı müddətə ala bilərsiniz? - CAVAB

"Palantir" 2025-ci ilin ən yaxşı süni intellekt (AI) səhmi ola bilərmi?

Türkiyədən geyim alışında 15 milyon dollardan çox azalma

Ticarətin qaydaları - Qanun nə deyir?

Sələmi xatırladan kreditlərə son - "Kredit sisteminə nizam-intizam gələcək"

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Dünyanın ən populyar 5 kitabı

11 ayda dərmana 1,1 milyard manat xərclənib

Farş adı ilə hansı növ ətləri yeyirik? - Adı ət olsa da...

İran pulunu dəyişir

Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

"Allah canınızı sağ eləsin. Mənə suallar verməyin" - Zaur Hüseynov

Azərbaycanda cəzaçəkmə müəssisələrində ali təhsil veriləcək

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

Baffetdən fürsət alımları: 3 gündə 3 şirkətin 560 milyonluq səhmini aldı

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

XRP 2025-ci ildə tarix yazacaq - Bitstamp

Bu rayona yeni polis rəisi təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin