Azərbaycanın ilk beynəlxalq etik xakeri World CyberCon konfransında
Azərbaycanın ilk beynəlxalq etik xakeri İlkin Cavadov Yaxın Şərqin ən böyük kibertəhlükəsizlik konfrasında (World CyberCon) çıxış edəcək.
Valyuta.az xəbər verir ki, o, World CyberCon-da çıxış etmək üçün dəvət edilib.
İlkin Cavadov azərbaycandan bu kibetəhlükəsizlik üzrə beynəlxalq tədbirdə öz bacarıqlarını nümayiş etdirmək üçün təklif alan ilk azərbaycanlıdır.
Həmçinin İlkin Cavadov Birləşmiş Ərəb Əmirliklərində keçirilən EMEA-nın ən böyük kibertəhlükəsizlik tədbirlərindən olan "Gisec Global 2023"də iştirak edib.
Qeyd edək ki, İlkin Cavadov Azərbaycanın ilk beynəlxalq etik xakeridir. O, alman Silahlı Qüvvələrindən VDPw Medalı və təşəkkür məktubu almış 18 etik hakerdən biri, həmçinin "Şərəf'" lövhəsinə adı yazılan ilk azərbaycanlıdır. Dünyada çox nadir olan Böyük Britaniyanın Müdafiyə Nazirliyindən Medal və Təşəkkür məktubu almış yeganə azərbaycanlı etik hakerdir.
Bir çox tanınmış şirkətlərdən ChainLink, Bitcoin.org, Ministry of Defence UK, ESET, Harvard Universiteti, Bentley, Hyundai, KindredGroup, National Cyber Security Center, BelastingDienstNL, MasterCard, Boeing, Cambridge Uni və s. etik xaker olaraq sistemlərində tapdığı boşluqlara görə müxtəlif mükafatlarla dəyərləndirilib və təşəkkür alıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay