BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
29045

“Apple” bu il istifadəçilərə təqdim etdiyi “Apple Vision Pro” eynəklərinin iddialı olduğunu bildirib. Şirkətin “Quest 2” və “Quest Pro VR” eynəklərindən sonra təqdim etdiyi “Vision Pro”nun qeyri-adi cihaz olduğu önə sürülür. Şirkət “Vision Pron”u bütün zamanların ən qabaqcıl fərdi elektron cihazı kimi təsvir edir. Qiyməti 3500 dollardan başlayan cihaz 2024-cü ildən etibarən satışa çıxarılacaq. Bəs “Vision Pro” istifadəçilərə nə vəd edir.

Valyuta.az sözügedən cihazın bəyənilən və bəyənilməyən tərəflərini təqdim edir.

Ən çox nə bəyənilir?

Qəşəng dizayn və görüntü

İstifadəçilər “Apple”dan daim fərqli yeniliklər gözləyir. “Vision Pro” bu gözləntilərə cavab verir. Məsələn, bazarda olan digər eynəklərin əksəriyyəti daha həcmli və belə demək mümkünsə, kobud görünür. Ancaq “Vision Pro” xizəkçi eynəklərinin qalınlığına daha yaxındır. Eyni zamanda, əvvəllər bu cür məhsullar aviasiyada istifadə edilən ərintilərdən, şüşə və parçadan hazırlanırdısa, “Vision Pro” demək olar tamamilə plastik və rezin forması ilə rəqib modellərdən fərqlənir. Həmçinin “Vision Pro” üzünüzə digər cihazlardan fərqli daha dəqiq və daha rahat uyğunlaşacaq.

Virtual Reallığa (VR) deyil Artırılmış reallığa (AR) üstünlük verilir

“Metaverse”nin yaratdığı sirli havadakı duman buludları dağıldığında, VR-dən istifadə edən cihazlar üçün tənəzzül başladı və “Apple” bunu yaxşı başa düşürdü… Bu səbəbdən “Vision Pro” AR-ə, yəni, yaşadığınız mühit daxilində ekranları təbəqələşdirmə və 3D qrafika imkanlarına yönəldi. Bu, cihazı sırf VR təcrübələrinə yönəlmiş rəqiblərə nisbətən daha əlçatan edir. Eyni zamanda istifadəçilərin başqa dünyada olduğunu daha az hiss etdirir ki, bu da mühüm üstünlük sayılır. 

“VisionOS”

İnteqrasiya, ekosistem, sabitlik, qərarlılıq... Bunların “Apple” üçün nə qədər vacib olduğunu bilirik. “Vision Pro” “Apple”ın məhsulları ilə inteqrasiya olunmuş şəkildə və ekosistemlə işləyəcək. Bu, hazırda bazarda olan və özəl proqram təminatından kənarda məhdud istifadəsi olan müstəqil qulaqlıqlara nisbətən böyük üstünlükdür. Məsələn, bir çox insanlar “Bluetooth”la işləyən qulaqlıqlar almaq istəyərkən “AirPod Pro”ya üstünlük verir. Çünki bu qulaqlıqların evdə “MacBook”a daha qüsursuz qoşulacaqlarını bilirlər. Eyni rahatlıq “Vision Pro”nu da digərlərindən fərqləndirəcək.

Batareya

Qulaqlığın arxasından kiçik bir telin cibinizdəki batareyaya taxılması qəribə görünə bilər. Lakin bu, batareyanı üzünüzdə gəzdirməkdən daha yaxşıdır. Digər bir çox cihazların, xüsusən də “Quest 2” və “Quest Pro”nun batareyaları ağır olduğu üçün onları taxmaq narahatedicidir. “Vision Pro”nun çəkisi ilə bağlı hələ konkret məlumat yoxdur. Batareyanın ön tərəfdəki şüşə panel səbəbindən yüngül olmayacağı da aydındır. Lakin ayrıca batareya, “Apple”nin bu məsələlərə diqqət yetirməsinin göstəricisidir. Batareya eynəklərə inteqrasiya olunmayıb və cihaza kabel vasitəsilə qoşulur.

Göz izləmə və “Optik ID”

“Apple”, göz izləmənin virtual və artırılmış reallıq üçün növbəti addım olduğunu bilir. Ancaq “Vision Pro” ətrafı bir eynəkdən izlədiyinizi hiss etdirmədən hər şeyə baxmağa imkan verir. Beləliklə, şirkətin açıqlamasına görə “VisionOS”un “Optic ID”si cihazdan istifadə etdiyiniz zaman “Apple Pay” və avtomatik doldurma parollarından yararlanmağa imkan versə də, icazəniz olmadan heç bir məlumatınızı paylaşmır, məsələn, hansı səhifəyə və ya proqrama baxdığınızı bildirmir.

Gözün görmə qabiliyyəti

“Apple”ın "EyeSight" adlandırdığı xüsusiyyət sayəsində siz eynək taxdığınız zaman gözlərinizin realistik qrafikası şüşə paneldə görünəcək. Bunun sayəsində cihazdan istifadə edərkən belə ətrafınızdakı insanları görə biləcəksiniz. Bu, “Metaverse”nin “Quest” cihazları seriyasının gələcək yenilikləri kimi vəd edilmiş, lakin hələ inteqrasiya olunmayan bir xüsusiyyətdir. “EyeSight” gündəlik həyatda AR/VR eynəklərinin mənasını anlamaq üçün növbəti addımdır. Bu, sizə eynək taxmadan, yaxud onu çıxarmadan başqaları ilə ünsiyyət qurmağa imkan verir. “Apple” həmçinin “VisionOS”in ön hissəsinə istənilən vaxt aktivləşdirilə bilən filtr əlavə edib. Məqsəd istifadəçinin virtual dünyada olarkən narahatlıq keçirməməsidir.

Bəs nələr bəyənilmir?

Qiymət

3500 dollara satışa çıxarılacaq “Vision Pro”nun demək olar ki, hər şeyi yaxşı səslənir, amma qiyməti… “Apple”ın cihaz haqqında 40 dəqiqəlik təqdimatında qeyd olunan funksiyaların əksəriyyəti cəmi 300 dollara satılan “Quest 2”də mövcuddur. Ancaq “Vision Pro”nun qiymətinə haqq qazandırmaq üçün kifayət qədər cəlbedici yeni AR təcrübələri təklif edilməyib.

Baş bandı

“Vision Pro”nun baş bandı qulağınızın yanlarından başınızın arxasına qədər uzanır. 3D aparatında çap edilmiş parça perspektivli görünsə də, eynəklərin sürüşməsinin qarşısını almaq üçün hər zaman üst kəmərə ehtiyac olub. Sınayanda görəcəyik...

3. “FaceTime” təcrübəsi

“Apple”, “Vision Pro”da “FaceTime” zənglərinin nə qədər yaxşı olduğunu, iş yoldaşlarınızı, sevdiklərinizi və ya digər video axınlarını ətrafınızdakı pəncərələrdə görə biləcəyinizi izah edən təqdimat həyata keçirdi. Bəs üzünüzdə eynək varsa, siz necə görünəcəksiniz? “Apple”, üz skanerinə əsaslanaraq virtual avatarın hazırlanmasından bəhs edir. Lakin “Vision Pro”dan istifadə edərkən “FaceTime”da bu şəkildə görünəcəyiniz bəlli deyil.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu sahədə işləyənlər daha çox əmək haqqı alır - SİYAHI

Ötən ay xaricdən 5 milyon dollarlıq düyü alınıb

Tarixdə iz buraxmış maliyyə “oyunları” - Fırıldaqların fəsadları

Əhalinin bir nəfəri ayda 480 manat pul xərcləyir

Sürücülük vəsiqəsinin müddəti hərbi xidmətə getməyə təsir edirmi? - RƏSMİ AÇIQLAMA

Bu hallarda əməkhaqqından tutulmalar ola bilər

2024-cü ilin ən pis aviaşirkətləri açıqlandı

Ölkəyə gətirilən maşınlar aksizdən azad oluna bilər? - Alıcıları çətinliyə salan məsələ

İşçilərə bu hallarda fasilələr verilir

Metallurgiya sənayesində 1,2 milyard manatlıq məhsul istehsal edilib

Rusiyada ən çox maaş alan miqrantlar

Sosial yardımı hansı müddətə ala bilərsiniz? - CAVAB

"Palantir" 2025-ci ilin ən yaxşı süni intellekt (AI) səhmi ola bilərmi?

Türkiyədən geyim alışında 15 milyon dollardan çox azalma

Ticarətin qaydaları - Qanun nə deyir?

Sələmi xatırladan kreditlərə son - "Kredit sisteminə nizam-intizam gələcək"

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Dünyanın ən populyar 5 kitabı

11 ayda dərmana 1,1 milyard manat xərclənib

Farş adı ilə hansı növ ətləri yeyirik? - Adı ət olsa da...

İran pulunu dəyişir

Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

"Allah canınızı sağ eləsin. Mənə suallar verməyin" - Zaur Hüseynov

Azərbaycanda cəzaçəkmə müəssisələrində ali təhsil veriləcək

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

Baffetdən fürsət alımları: 3 gündə 3 şirkətin 560 milyonluq səhmini aldı

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

XRP 2025-ci ildə tarix yazacaq - Bitstamp

Bu rayona yeni polis rəisi təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin