“Space X”in peykləri Azərbaycanda internet təchizatı həyata keçirə biləcək
Bu gün Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") ilə “Space X” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Valyuta.az xəbər verir ki, müqaviləni "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov, qarşı tərəfdən isə “Space X”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) imza atıb.
Sənədə əsasən “Space X” şirkətinə məxsus “Starlink” peykləri Azərbaycanda da internet təchizatı həyata keçirə biləcək.
Bu internet xidmətindən əsasən Azərbaycanın fiber-optik internet şəbəkəsi çəkilməsi çətin olan dağlıq və dağətəyi ərazlərində istifadəsi effektiv hesab edilir.
Qeyd edək ki, ötən ilin dekabrıda “Space X” şirkəti “Starlink Azerbaijan” MMC-ni təsis edib. Nizamnamə kapitalı 100 ABŞ dolları olan şirkətin Azərbaycanda qanuni təmsilçisi isə Lauren Ashley Dreyerdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay